Bakıda avtomobil asfaltda sərxoş vəziyyətdə uzanan şəxsi vuraraq öldürüb.
Paraqraf.com xəbər verir ki, 1987-ci il təvəllüdlü Süleymanov Toğrul Firdovsi oğlu idarə etdiyi “Mercedes Vito” markalı avtomobillə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi istiqamətində hərəkətdə olarkən Məhəmmədli dairəsi yaxınlığında sərxoş vəziyyətdə asfalt örtük üzərində uzanmış 2003-cü il təvəllüdlü Əmirov Kənan Şəmsəddin oğlunu vurub.
Kənan Əmirov aldığı xəsarətlər nəticəsində müalicə aldığı xəstəxanada ölüb.
Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.
Paraqraf.com
![]()
Visited 7 times, 1 visit(s) today
