Kamboca Ubonraçathani əyalətində Tailand hərbçilərinin mövqelərini atəşə tutaraq atəşkəs rejimini pozub.
Paraqraf.com-un xəbərinə görə, bu barədə Tailandın Krallığın Silahlı Qüvvələri və Xarici İşlər Nazirliyinin nümayəndələrinin daxil olduğu Kamboca ilə sərhəddəki vəziyyətlə bağlı Birgə Mətbuat Mərkəzinin yaydığı məlumatda deyilir.
“Kamboca yanvarın 6-da səhər saat 7:25-də (Bakı vaxtı ilə 4:25-də – red.) atəşkəsi pozub. Kamboca qüvvələri Çonq Bok bölgəsini minaatanlardan atəşə tutub. Hadisə nəticəsində bir Tailand əsgəri qəlpə yaraları alıb”, – xəbərdə vurğulanıb.
Xatırladaq ki, Kamboca və Tailand ötən ilin dekabrın 27-də yerli vaxtla saat 12:00-dan (Bakı vaxtı ilə 09:00) iki ölkənin Baş Sərhəd Komitəsinin üçüncü xüsusi iclasından sonra atəşkəs barədə razılığa gəliblər.
Paraqraf.com
![]()
