Futbol üzrə Misir və Nigeriya milli komandaları Afrika Millətlər Kubokunda 1/4 finala yüksəlib.
Paraqraf.com-un məlumatına görə, turnir Mərakeşdə keçirilir.
1/8 finalda Misir əlavə vaxtda Benini 3:1 hesabı ilə məğlub edib. Belə ki, əsas vaxt 1:1 bitib.
Nigeriya isə Mozambiki 4:0 hesabı ilə məğlub edib.
Misir 1/4 finalda Fil Dişi Sahili – Burkina Faso matçının qalibi ilə oynayacaq. Nigeriya isə Əlcəzair – Konqo DR matçının qalibi ilə qarşılaşacaq.
Bundan əvvəl Mali, Seneqal, Kamerun və Mərakeş Afrika Millətlər Kubokunda 1/4 finala yüksəlib. 1/4 final görüşləri yanvarın 9-10-da keçiriləcək. Final yanvarın 18-də keçiriləcək. Turnirin hazırkı qalibi Fil Dişi Sahili komandasıdır.
Paraqraf.com
![]()
Visited 7 times, 1 visit(s) today
