Yanvarın 6-dan startı veriləcək şahmat üzrə Azərbaycan I Dəstəsinin mükafat fondu bəlli olub.
Bu barədə Paraqraf.com-a Azərbaycan Şahmat Federasiyasından məlumat verilib.
Qurum çempionatda iştirak edəcək şahmatçıların sayını da açıqlayıb:
“Kişilərin yarışında mükafat fondu 7000, qadınlarda isə 3000 manatdır. Kişilərdə 40, qadınların mübarizəsində isə 20 nəfər iştirak edəcək. Kişilər arasında ilk 9 pilləni tutanlar yüksək liqaya çıxacaqlar. Bu addım daha böyük rəqabət yaratmaq məqsədilə atılıb. Çünki kişilərdə rəqabət güclüdür. Qadınların mübarizəsində isə ilk 2 yerin sahibi Azərbaycan çempionatına yüksələcək”.
Qeyd edək ki, Azərbaycan I Dəstəsi yanvarın 6-14-ü aralığında keçiriləcək.
Paraqraf.com
![]()
Visited 5 times, 1 visit(s) today
