“Neftçi”nin beninli yarımmüdafiəçisi Sessi Dalmeyda Afrika Millətlər Kubokunda zədələnib.
Paraqraf.com Afrika mətbuatına istinadən xəbər verir ki, futbolçu D qrupunda keçirilən Botsvana ilə matçda zədə alıb.
O, zədə səbəbindən bu gün 1/8 finalda Misirə qarşı keçirəcəkləri matçı buraxmalı olacaq. Dalmeydanın ən azı 1 ay yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.
Qeyd edək ki, Benin – Botsvana matçı birincilərin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Paraqraf.com
![]()
Visited 3 times, 1 visit(s) today
