KXDR Koreya Xalq Ordusunun (KXO) aparıcı atəş zərbə qrupunun hipersəsli raketlər atışı üçün təlimlər keçirib.
Paraqraf.com xəbər verir ki, bu barədə Koreyanın Mərkəzi Teleqraf Agentliyi (MTK) məlumat yayıb.
“Yanvarın 4 -də KXO-nun aparıcı atəş zərbə qrupunun hipersəsli raketlərin buraxılışı üzrə bölməsinin təlimləri keçirilib”, – məlumatda qeyd olunur.
Xatırladaq ki, KXDR hərbçilərinin ötən ilin 9 dekabrında keçirdikləri təlimlər çərçivəsində yaylım atəşli reaktiv sistemlərdən 10-a yaxın mərmi atdıqları iddia edilir.
Paraqraf.com
![]()
Visited 4 times, 1 visit(s) today
