İranın tanınmış siyasi xadimi Masud Pezeşkian ictimai narazılıqlar və mövcud problemlərlə bağlı diqqətçəkən açıqlama verib.
Paraqraf.com xəbər verir ki, Pezeşkian çıxışı zamanı cəmiyyətdə yaranan narazılıqlara görə məsuliyyətin ölkə daxilində axtarılmalı olduğunu bildirib.
Pezeşkian deyib ki, əgər insanlar narazıdırsa, bunun səbəbini xarici qüvvələrdə deyil, daxili idarəçilikdə görmək lazımdır.
“İnsanlar narazıdırsa, bu bizim günahımızdır. ABŞ-ni və ya başqalarını günahlandırmayın”, – deyə o vurğulayıb.
Siyasətçinin bu fikirləri sosial şəbəkələrdə və mediada geniş müzakirələrə səbəb olub. Bəzi istifadəçilər açıqlamanı cəsarətli və səmimi mövqe kimi dəyərləndirsə də, digərləri bunun real dəyişikliklərə gətirib çıxarıb-çıxarmayacağını sual altına alıblar.
Qeyd edək ki, Masud Pezeşkian son dövrlər ölkədə sosial-iqtisadi vəziyyət, xalqla hakimiyyət arasındakı münasibətlər və məsuliyyət məsələləri ilə bağlı tənqidi çıxışları ilə diqqət çəkir.
Ləman
Paraqraf.com
![]()
