Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Yanvar
  • 2
  • Kran-Montanadakı yanğından sağ çıxanların əksəriyyətinin bədəninin 60%-dən çoxu yanıb

Kran-Montanadakı yanğından sağ çıxanların əksəriyyətinin bədəninin 60%-dən çoxu yanıb

admin 02 Yanvar 2026 2 minutes read
luP8puuIdhBoGarzH0MGkZcv4Y2CNotWtgBRVBIe_825
PAYLAŞIN:

Kran-Montana kurortundakı bardakı yanğından xəsarət alan 20-dən çox insan Lozanna Universitet Klinikasında müalicə olunur və onların bədən səthinin 60 faizindən çoxu yanıq içindədir.

Paraqraf.com-un məlumatına görə, bunu Lozannanın qərbindəki Morj xəstəxanasının baş həkimi Vassim Rafful “RTS” telekanalının efirində bildirib.

Onun sözlərinə görə, Morj xəstəxanasından ağır xəstələrin köçürüldüyü universitet klinikası “təxminən 13 böyüklə 8 azyaşlını qəbul edib, onların bədən səthinin 60 faizindən çoxu yanıb”.

Rafful qeyd edib ki, söhbət “çox ağır xəsarətlərdən” gedir və müalicə uzun müddət tələb edəcək. O əlavə edib ki, vəziyyəti izdihamın nəticələri daha da ağırlaşdırır: “Bundan əlavə, travmalar, sınıqlar, qanaxmalar da ola bilər”.

Yanğın 1 yanvar gecəsi “Constellation” barında baş verib. Hadisə nəticəsində təxminən 40 nəfər həlak olub, azı 115 nəfər yaralanıb, onların arasında əcnəbilər də var.

İtaliyanın Bern şəhərindəki səfiri Can Lorenso Kornado bildirib ki, yanğına səbəb asma tavana atılmış fişəng olub. Yanğının şahidləri onun saniyələr içində alovlandığını deyiblər. İsveçrədə beş günlük matəm elan olunub.

Paraqraf.com

Loading

Visited 9 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: FT: İran silah alışı üçün kriptovalyuta ilə ödəniş təklif edir
Next: Yakutiyada baş verən yanğında uşaqlar da daxil olmaqla, beş nəfər ölüb

OXŞAR MÖVZULAR

PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

admin 07 Mart 2026
EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

admin 07 Mart 2026
2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

admin 07 Mart 2026

XƏBƏR LENTİ

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

07 Mart 2026
Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib 2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

07 Mart 2026
Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.