Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/KİV: Kim Çen Inın qızı ilk dəfə Kim ailəsinin məqbərəsində anım mərasimində iştirak edib
DÜNYA

KİV: Kim Çen Inın qızı ilk dəfə Kim ailəsinin məqbərəsində anım mərasimində iştirak edib

02 Yanvar 2026 1 Min Read
PAYLAŞIN:

Şimali Koreya lideri Kim Çen Inın qızı Kim Cu E ilk dəfə hakim sülaləsinin ailə məqbərəsində anım mərasimində iştirak edib.

Paraqraf.com xəbər verir ki, bu barədə Cənubi Koreyanın “Yonhap” agentliyi məlumat yayıb.

Bu da ekspertlər tərəfindən onun mümkün varisi roluna hazırlanmasına dair növbəti siqnal kimi qiymətləndirilir.

Bildirilib ki, Şimali Koreya dövlət KİV-nin məlumatına görə, Kim Cu E atası və anası ilə birgə Kumsusan Günəş sarayını ziyarət edib. Bu məqbərədə sülalənin əsasını qoyanlar – Kim İr Sen və Kim Çen İr dəfn edilib. Bu, onun 2022-ci ildə “Hvason-17” qitələrarası raketinin buraxılışında iştirak edərək ictimai məkanda debütündən sonra Şimali Koreyanın bu müqəddəs məkanına ilk məlum ziyarətidir.

Günəş sarayı özü Şimali Koreyada hakimiyyətin varisliyi simvolu sayılır, ekspertlərin fikrincə, Cu Enin birinci sıranın mərkəzində olması onun xüsusi statusuna diqqət çəkmək üçün edilib.

Qeyd edilib ki, Cənubi Koreya kəşfiyyatı hələ 2024-cü ilin yanvarında Cu Eni Şimali Koreyanın gələcək lideri roluna ən ehtimal olunan namizəd adlandırmışdı.

İlk dəfə ictimaiyyət qarşısına çıxdığı andan etibarən o, Kim Çen Inı strateji əhəmiyyətli hərbi və iqtisadi obyektlərin yoxlanılması zamanı müntəzəm olaraq müşayiət edir. Öyən ilin sonunda onun iştirakı demək olar ki, daimi olub – atom sualtı qayığının inşasına baxışdan tutmuş regional sənaye müəssisələrinin açılışında iştirakına qədər.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

“Samsung” 500 milyon dollarlıq tankerlərin inşasına dair müqavilə imzalayıb

Next

Türkiyənin “qırmızı bülleten”lə axtarışa verdiyi 40 şəxs ölkəyə gətirilib

Copyright 2026— Praqraf.com. All rights reserved