2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda 30 milyon 277 min kvadratmetr pambıq parça istehsal edilib.
Paraqraf.com Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 9,5 % çoxdur.
Ötən il dekabr ayının 1-nə, ölkədə 663 minkvadratmetr hazır məhsul ehtiyatı olub.
2024-cü ildə Azərbaycanda 30 milyon 706 min kvadratmetr pambıq parça istehsal edilib ki, bu da 2023-cü illə müqayisədə 7,2% çoxdur.
Paraqraf.com
![]()
Visited 6 times, 1 visit(s) today
