Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Dekabr
  • 31
  • Qarabağdan Vaşinqtona: Azərbaycanın 2025-ci il siyasi xəritəsi

Qarabağdan Vaşinqtona: Azərbaycanın 2025-ci il siyasi xəritəsi

admin 31 Dekabr 2025 7 minutes read
IMG-20251231-WA0021
PAYLAŞIN:

2025-ci il Azərbaycanın daxili siyasi sabitliyinin qorunması, xarici siyasətdə çoxşaxəli tərəfdaşlıqların dərinləşdirilməsi və sülh gündəliyində mühüm nəticələrin əldə edilməsi baxımından əlamətdar olub. İl ərzində baş verən siyasi proseslər ölkənin regional və qlobal miqyasda artan nüfuzunu aydın şəkildə nümayiş etdirib.

Yanvarın 29-da keçirilən bələdiyyə seçkiləri yerli özünüidarəetmənin möhkəmləndirilməsi və demokratik institutların inkişafı istiqamətində mühüm addım kimi dəyərləndirilib. Seçkilər sabit ictimai-siyasi şəraitdə təşkil olunub və dövlət idarəçiliyində aparılan islahatların ardıcıllığını təsdiqləyib.

Fevralın 8-də Heydər Əliyev Fondunun nüfuzlu beynəlxalq mükafata layiq görülməsi Azərbaycanın humanitar diplomatiyasının, mədəniyyətlərarası dialoq və sosial layihələr sahəsində fəaliyyətinin beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini göstərib.

Fevralın 17-də Azərbaycanın Suriyadakı səfirliyinin fəaliyyətinin bərpa olunması Yaxın Şərq regionunda diplomatik fəallığın artdığını və balanslı, praqmatik xarici siyasət xəttini ön plana çıxarıb. Bu addım Azərbaycan–Suriya münasibətlərində yeni mərhələnin əsasını qoyub, siyasi dialoqla yanaşı iqtisadi və enerji əməkdaşlığı üçün də imkanlar yaradıb. Azərbaycan qazının Suriyaya nəqli üzrə əldə olunan razılaşmalar enerji diplomatiyasının coğrafiyasını genişləndirib, ölkənin etibarlı enerji tərəfdaşı kimi mövqeyini möhkəmləndirib. Qaz nəqli Suriyanın postmünaqişə dövründə bərpasına və sosial-iqtisadi sabitliyinə dəstək xarakteri daşıyıb. Uzun fasilədən sonra Suriya Prezidentinin Azərbaycana rəsmi səfəri qarşılıqlı etimadın bərpa olunduğunu və əməkdaşlığın institusional əsasda inkişafına hazır olunduğunu nümayiş etdirib.

Fevralın 19-da Bakıda Asiya Parlament Assambleyasının 15-ci Plenar Sessiyasının başlanması, martın 13-də XII Qlobal Bakı Forumunun, aprel ayında ADA Universitetində “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumun keçirilməsi Azərbaycanın qlobal siyasi dialoq üçün mühüm mərkəzə çevrildiyini təsdiqləyib.

Mayın 26-da Bakıda “İslamofobiya: qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda beynəlxalq konfransın təşkili Azərbaycanın İslam dünyasında ədalət, tolerantlıq və multikulturalizm dəyərlərinin müdafiəçisi kimi mövqeyini gücləndirib.

Aprel ayında Prezident İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri və hərtərəfli strateji tərəfdaşlıq haqqında Birgə Bəyanatın imzalanması Azərbaycanın Asiya istiqamətində xarici siyasətinin mühüm uğuru kimi qiymətləndirilib. Azərbaycan–İran biznes forumu isə regional iqtisadi və siyasi əməkdaşlığın dərinləşdirilməsinə xidmət edib.

Mayın 28-də Laçın Beynəlxalq Hava Limanının açılışı Qarabağda aparılan yenidənqurma işlərinin mühüm mərhələsini təşkil edib. Hava limanı regionun nəqliyyat-logistika imkanlarını genişləndirib, azad edilmiş ərazilərin iqtisadi və sosial inkişafına töhfə verib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın açılışda iştirakı Azərbaycan–Türkiyə qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin yüksək səviyyəsini nümayiş etdirib.

İyulun 4-də Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünün keçirilməsi Azərbaycanın suverenliyinin möhkəmləndirilməsi və azad edilmiş ərazilərin beynəlxalq siyasi xəritəyə reinteqrasiyasının bariz nümunəsi olub. Zirvədə bir sıra ölkələrin prezident və baş nazirləri, həmçinin nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri iştirak edib. Bu, Azərbaycanın regional əməkdaşlıq və inteqrasiya proseslərində rolunu bir daha təsdiqləyib.

2025-ci ildə Azərbaycan TÜRKPA, D-8, UNESCO, BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində fəallığını artırıb, türk dövlətləri arasında siyasi koordinasiya və həmrəylik yeni mərhələyə yüksəlib.

Avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti ilə Ermənistanın Baş naziri arasında keçirilən görüş və Birgə Bəyannamənin imzalanması, sülh sazişinin paraflanması regionda uzunmüddətli münaqişənin başa çatdığını göstərib. Sentyabrın 1-də ATƏT-in Minsk Prosesi və ona bağlı strukturların bağlanması barədə qərar qəbul olunub, dekabrın 1-də isə bu mərhələ hüquqi-siyasi baxımdan yekunlaşıb.

Azərbaycanın Qəzzadan fələstinli tələbələrin təxliyəsi, Ukraynada müharibədən zərər çəkmiş uşaqların reabilitasiya üçün ölkəyə gətirilməsi, Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin açılışı beynəlxalq humanitar həmrəyliyə verilən töhfələrin göstəricisi olub. Bu addımlar Azərbaycan–Türkiyə münasibətlərinin “bir millət, iki dövlət” prinsipi əsasında böhran dövrlərində də yüksək səviyyədə davam etdiyini təsdiqləyib.

Noyabrın 8-də Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunan hərbi parad, noyabrın 3-də AMEA-nın 80 illik yubileyi, 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi dövlətçilik ideologiyasının davamlılığını əks etdirib.

2025-ci ildə Azərbaycan regional enerji və ərzaq təhlükəsizliyində mühüm tranzit və ticarət mərkəzi kimi çıxış edib. Rusiya və Qazaxıstandan taxıl məhsullarının Azərbaycan ərazisi vasitəsilə Ermənistana daşınması ölkənin nəqliyyat-logistika baxımından açar mövqeyini ön plana çıxarıb. Eyni zamanda, Azərbaycanın neft və neft məhsullarının Ermənistana satılması sülh gündəliyinin iqtisadi əsaslarını gücləndirib, qarşılıqlı etimadın formalaşmasına xidmət edib.

TDT çərçivəsində qeyri-hökumət təşkilatlarının toplantısı və Media Forumun Azərbaycanda keçirilməsi təşkilat daxilində əməkdaşlığın və informasiya mübadiləsinin genişlənməsinə imkan yaradıb, ölkənin lider mövqeyini möhkəmləndirib.

Ümumilikdə, 2025-ci il Azərbaycan üçün siyasi sabitlik, diplomatik fəallıq, sülh təşəbbüsləri və beynəlxalq nüfuzun artması ilə yadda qalıb. İl ərzində əldə olunan nəticələr Azərbaycanın regional liderlikdən qlobal siyasi aktorluğa doğru inamla irəlilədiyini nümayiş etdirib.

Elmir Səftərov
Siyasi şərhçi

Loading

Visited 40 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Yeni il, yeni düşüncə, vahid Azərbaycan
Next: FHN yanğın təhlükəsizliyi qaydalarına görə əhaliyə təkrar müraciət edib

OXŞAR MÖVZULAR

dugRqtKIFoXQ4nNTIBQhSH5bALz99hIEFkBoLOQm_1200

Bu günədək Azərbaycan vasitəsilə 65 ölkənin 1761 vətəndaşı İrandan təxliyə olunub

admin 07 Mart 2026
HD6YDHxR2l5XNn8RxObPeiIuWQcMReR0Gi6084lZ_1200

İran Prezidenti qonşu ölkələrdən hücumlara görə üzr istəyib

admin 07 Mart 2026
Ilham_Aliyev_in_2023

Azərbaycan Prezidenti Tokayevə İranın Naxçıvana hücumlarını qınamasına görə təşəkkür edib

admin 07 Mart 2026

XƏBƏR LENTİ

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

07 Mart 2026
Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib 2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

07 Mart 2026
Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.