Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/“AzerGold” Daşkəsəndə yerli icmalarla növbəti görüş keçirib
CƏMİYYƏT

“AzerGold” Daşkəsəndə yerli icmalarla növbəti görüş keçirib

30 Dekabr 2025 2 Min Read
PAYLAŞIN:

“AzerGold” QSC-nin Korporativ Sosial Məsuliyyət (KSM) Komitəsinin Daşkəsən şəhərində vətəndaşlarla ilin yekunlarına dair görüşü keçirilib.

Görüşdə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, “AzerGold”un İdarə Heyətinin üzvü – sədr müavini, KSM Komitəsinin sədri Xəyyam Fərzəliyev və İdarə Heyətinin üzvü – sədr müavini, “Daşkəsən Dəmir Filiz” MMC-nin KSM Komitəsinin sədri İlqar Cəlilov iştirak edib.

Daşkəsən şəhəri, rayonun Quşçu, Çovdar, Bayan və digər kəndlərinin sakinlərinin qatıldığı hesabat xarakterli tədbirdə “AzerGold” və “Daşkəsən Dəmir Filiz” ilə Daşkəsən Rayon İcra Hakimiyyətinin tərəfdaşlığı çərçivəsində 2025-ci il ərzində icra edilən, 2026-cı ildə isə icrası planlaşdırılan sosial və ekoloji layihələr barədə məlumat verilib.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov sosial layihələrin xüsusilə təhsil, məşğulluq və sosial infrastruktur sahələrində müsbət nəticələr verdiyini diqqətə çatdırıb. O. Abbasov layihələrin davamlı inkişaf prinsiplərinə uyğun olaraq icra olunmasının region üçün uzunmüddətli faydalar yaratdığını bildirib.

X.Fərzəliyev Cəmiyyətin dağ-mədən sənayesinin inkişafı istiqamətində həyata keçirdiyi ardıcıl və məqsədyönlü fəaliyyətin rayonun iqtisadi göstəricilərinin yüksəlməsinə, eləcə də orta aylıq əməkhaqqı səviyyəsinə görə respublika üzrə ilk üçlükdə qərarlaşmasına mühüm töhfə verdiyini bildirib. Əksəriyyəti ucqar kəndləri təmsil edən 756 nəfər Daşkəsən sakininin “AzerGold”un fəaliyyət istiqamətləri üzrə daimi işlə təmin olunduğu diqqətə çatdırılıb.

Qeyd olunub ki, 2025-ci ildə Cəmiyyət Daşkəsən rayonunda sosial rifahın gücləndirilməsi, təhsilin təşviqi, mədəni maarifləndirmə, idmanın təbliği və s. istiqamətlərdə dövlət siyasətinə əlavə töhfə vermək məqsədilə müxtəlif sosial layihələr həyata keçirib.

Görüş iştirakçılarının diqqətinə çatdırılıb ki, 2026-cı ildə də sosial məsuliyyətlilik prinsipləri əsasında təhsil, sağlamlıq, inklüziv inkişaf, infrastruktur, kənd təsərrüfatının inkişafı, fermer təsərrüfatlarına dəstək, ətraf mühitin mühafizəsi və digər istiqamətlər üzrə layihələrin icrası davam etdiriləcək.

Daha sonra vətəndaşların müraciətləri dinlənilib, yeni təşəbbüslər müzakirə edilib. Görüşdə, həmçinin vətəndaşların qaldırdıqları məsələlər araşdırılması və mövcud qanunvericilik çərçivəsində həll edilməsi üçün qeydiyyata alınıb.

Sonda 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə “AzerGold” adından görüş iştirakçılarına səmimi bayram təbrikləri çatdırılıb.

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Azərbaycan MDB Hökümətlərarası Feldyeger Rabitəsinin Koordinasiya Şurasının iclasına qatılıb

Next

Həmrəylik günü – “Ürəklərdən yazılan arzular”

Copyright 2026— Praqraf.com. All rights reserved