Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Dekabr
  • 29
  • Vətən Müharibəsində iştirak etmiş həkimlər haqqında kitab təqdim olunub

Vətən Müharibəsində iştirak etmiş həkimlər haqqında kitab təqdim olunub

admin 29 Dekabr 2025 5 minutes read
IMG_2562
PAYLAŞIN:

44 günlük Vətən müharibəsinin bütün nüanslarının kitablarda, filmoqrafiyada salnamələşdirilməsi prosesləri davam etdirilir. Zəfərimizin ilk yubileyi – 5-ci ildönümündə torpaqlarımız uğrunda haqq savaşımızın müxtəlif səviyyələrdə, həm də hadisələrin bir qədər də emosionallıqdan kənar, daha dərindən analiz edilməsinin təzahürləri görünməkdədir.

Paraqraf.com xəbər verir ki, bu sıradan Vətən müharibəsinin bilavasitə iştirakçıları olmuş Bakı şəhəri Nəriman Nərimanov rayon Tibb Mərkəzinin təşkilatçılığı ilə çapdan çıxmış “Fədakar həkimlərimiz” kitabı ağxalatlı döyüşçülərimizin cəbhədəki fəaliyyətinin işıqlandırılmasında tutarlı bir nümunədir. Kitabın Avrasiya Universitetinin akt zalında Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlayan təqdimat mərasimini çap məhsulunun tərtibatının və ön sözünün müəllifi, tədqiqatçı-jurnalist, şair, tədbirin moderatoru Dəyanət Səlimxanlı bu sözlərlə başladı.

“Vətən müharibəsinin 42 ağxalatlı şəhidi var”

Məlum oldu ki, birinci hissəsi əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub, Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən davam etdirilən müasir ordu quruculuğuna, ikinci hissəsi başda bütün fədakar həkimlərimiz olmaqla Azərbaycanın Tibb personalının tərkibində Şuşada, Xankəndində yaralılara şəfa vermiş Nərimanov rayon Tibb Mərkəzinin kollektivinin əməyinə həsr olunan “Fədakar Həkimlərimiz” qələbənin 5 illiyinə sanballı bir hədiyyə kimi işıq üzü görüb. Kitabın ideya müəllifi Nərimanov rayon Tibb Mərkəzinin Şüa-diaqnostika şöbəsinin həkimi, tibb elmləri namizədi Abbasqulu Səfərovdur.

Təqdimat mərasimində ilk çıxış edən ehtiyatda olan birinci dərəcəli kapitan, tarix elmləri doktoru, professor Milli Müdafiə Universiteti Hərbi Elmi-Tədqiqat İnstitutunun Humanitar elmlər şöbəsinin professoru Nurulla Əliyev özünün də bilavasitə iştirakçılığı ilə ölkəmizdə gedən ordu quruculuğu prosesi barədə təfsilatlı məlumat verdi.

Nərimanov rayon Tibb Mərkəzinin direktoru Fazil Əliməmmədov Vətən müharibəsi başlayan kimi tibb müəssisəsinin bir zənglə operativ hazır olaraq cəbhəyə yola düşməsindən, döyüş bölgəsindəki fəaliyyətləri zamanı onlara gətirilmiş heç bir yaralının ölməməsindən danışdı, 44 günlük savaş və bir günlük Antiterror əməliyyatı zamanı ümumilikdə tibb personalından 42 nəfərin şəhid olduğunu bildirdi.

“İlk şəhid həkim Azərbaycanın Milli Qəhrəmanı Gültəkin Əsgərova olub”

Daha sonra çıxış edən “Fədakar Həkimlər”in hərbi məsləhətçisi, tədqiqatçı-jurnalist, “Azərbaycan Ordusu” qəzetinin əməkdaşı Lalə Hüseynova müsir Azərbaycan ordusununun sıralarında ilk gündən – hələ Qarabağ savaşının birinci dönəmindən üzü bıri fədakarlıq göstərən həkimlərimizin fəaliyyəti barədə geniş məlumat verdi. Onu da xüsusi olaraq bildirdi ki, “ordumuzun ilk şəhid həkimi də Azərbaycanın Milli Qəhrəmanı Gültəkin Əsgərova olub. Hərbi səhiyyəmiz həm Qələbəmizin başlanğıcı olan Aprel döyüşlərində, həm də 44 günlük Vətən müharibəsində əsgərləmizlə çiyin-çiyinə vuruşaraq böyük Zəfərimizə əvəzsiz töhfələr bəxş etmişlər. Bu danılmaz xidmət, böyük vətənpərvərlik nümunəsidir”.

Daha sonra çıxış edən Şəhid ailələri, Veteranlar, Qarabağ Əlilləri Təşkilatı Yasamal rayon şöbəsinin sədri Bəhram Şeydayev, döyüş bölgəsində yaralılara şəfalar vermiş Nərimanov rayon Tibb Mərkəzinin işçiləri Elman doktor, Şəlalə xanım, Abşeron rayon Tibb Mərkəzinin cərrahı Eldar həkim, şəhid ailələrinin təmsilçiləri, onlarla yaralını ölümdən xilas etmiş, hazırda Zaqatala xəstəxanasında cərrah işləyən Şamil Tahirli, jurnalist-publisist, şəhidlərə həsr olunan iki kitabın müəllifi Nəzirməmməd Zöhrablı və başqaları döyüşlərdə iştirak edən həkimlərimiz, ümumilikdə Qarabağ müharibəsi barədə xatirələrini bölüşdülər, nəfis tərtibatla işıq üzü görmüş “Fədakar Həkimlərimiz” kitabının Zəfərimizin beş illiyinə həqiqətən də gözəl bir nümunə olduğunu söyləyərək kitabı ərsəyə gətirənlərə təşəkkür etdilər.


Paraqraf.com

Loading

Visited 103 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Yeni Yasamalda mənzildə yanğın baş verib – VİDEO
Next: Azərbaycan idmanı dövlət siyasətinin parlaq nəticələrini nümayiş etdirir

OXŞAR MÖVZULAR

Ky6GtZD1sN3qdmNZQ2OR9bPK3P0WCopYrrodFE0h_1200

İlham Əliyev Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib

admin 06 Mart 2026
WhatsApp Image 2026-03-06 at 00.30.47

Ceyhun Məmmədov: “Naxçıvanın vurulması İranın acizliyinin və qorxaqlığının açıq göstəricisidir”

admin 06 Mart 2026
647698508_870797589282233_8193893080813526771_n

Naxçıvana uzanan əl: Azərbaycanın səbrini sınayan təhlükəli təxribat

admin 06 Mart 2026

XƏBƏR LENTİ

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

07 Mart 2026
Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib 2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

07 Mart 2026
Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.