Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Gürcüstanın keçmiş baş prokuroru qətl işində ittiham olunaraq axtarışa verilib
DÜNYA

Gürcüstanın keçmiş baş prokuroru qətl işində ittiham olunaraq axtarışa verilib

29 Dekabr 2025 1 Min Read
PAYLAŞIN:

Gürcüstanın keçmiş baş prokuroru Otar Romanov Partsxaladze Levan Canqveladzenin sifarişlə qətlə yetirilməsi işi üzrə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunub və barəsində axtarış elan edilib.

Paraqraf.com xəbər verir ki, daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidze brifinqdə bildirib ki, Daxili İşlər Nazirliyinin apardığı genişmiqyaslı istintaq tədbirləri nəticəsində Levan Canqveladzenin qətli ilə bağlı cinayət işi tam şəkildə açılıb.

İstintaqla müəyyən edilib ki, biznes fəaliyyəti ilə bağlı yaranmış münaqişə zəminində formalaşan cinayətkar qrupun lideri məhz Otar Partsxaladze olub. Onun göstərişi ilə David və Giorgi Mikadze qardaşları qətlin təşkili prosesində iştirak edib, onlar isə öz növbəsində Giorgi Jokhadze vasitəsilə keçmiş cangüdən Gela Udzilaurini icraçı qismində cəlb ediblər.

Məlumata görə, cinayətkar qrup Levan Canqveladzenin Gürcüstana gəliş vaxtı və marşrutu barədə əvvəlcədən məlumat əldə edib. 14 mart 2025-ci ildə Tbilisinin Çavçavadze prospektində Gela Udzilauri sifarişlə Levan Canqveladzeni odlu silahla qətlə yetirib, onun yoldaşını isə yaralayıb.

Qeyd olunur ki, qətlin birbaşa icraçısı Gela Udzilauri hadisədən qısa müddət sonra saxlanılıb və 24 oktyabr 2025-ci ildə məhkəmənin hökmü ilə ömürlük həbs cəzasına məhkum edilib.

Bu cinayət işi üzrə təqsirləndirilən şəxslərin bir qismi barəsində Tbilisi Şəhər Məhkəməsində məhkəmə baxışı davam edir.

Prokurorluğun qərarına əsasən, Otar Romanov Partsxaladze Gürcüstan Cinayət Məcəlləsinin 25/109-cu maddəsinin müvafiq bəndləri ilə – sifarişli qətlin təşkili ittihamı üzrə məsuliyyətə cəlb olunur. Bu maddə 16 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

Aleksandre Daraxvelidzenin sözlərinə görə, qanunla müəyyən edilmiş müddət ərzində Otar Partsxaladzeyə qarşı həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə müraciət ediləcək və barəsində beynəlxalq axtarış elan olunacaq.

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Kambocanın Baş naziri: Tailandla atəşkəs kapitulyasiya demək deyil

Next

Çin Tayvan ətrafındakı beş ərazidə hərbi təlimlər keçirəcək

Copyright 2026— Praqraf.com. All rights reserved