Zaman səyahəti anlayışı fizika və fəlsəfədə xüsusi yer tutur. Bu mövzu əsasən Eynşteynin nisbilik nəzəriyyəsi ilə əlaqəlidir. Nəzəriyyəyə görə zaman sürət və cazibə qüvvəsindən asılı olaraq dəyişir. İşıq sürətinə yaxın hərəkət edən obyekt üçün zaman daha yavaş axır.
Bu hadisə zamanın irəli istiqamətdə fərqli sürətlə keçə bilməsini göstərir. Astronavtlar Yerə qayıtdıqda çox cüzi də olsa zaman fərqi yaranır. Bu fakt zaman səyahətinin nəzəri əsasının mövcud olduğunu sübut edir.
Zamanın geriyə doğru səyahəti isə daha mürəkkəb məsələdir. Qara dəliklər və qurd dəlikləri bu mövzuda nəzəri imkan kimi təqdim olunur. Qurd dəlikləri fəza-zamanın iki uzaq nöqtəsini birləşdirən keçidlər kimi təsvir edilir. Bu strukturların mövcudluğu hələ müşahidə ilə təsdiqlənmir.
Zaman paradoksları bu mövzuda əsas problemlərdən biridir. Keçmişdə edilən dəyişikliklərin gələcəyə təsiri sual doğurur. Hazırda zaman səyahəti praktik reallıq yox, elmi nəzəriyyə səviyyəsində mövcuddur. Elm bu mövzunu araşdırmağa davam edir.
Həsən Məmmədov
Paraqraf.com
![]()
