Rusiya Federasiyasının Rostov vilayətində yük qatarı relsdən çıxıb.
Paraqraf.com xəbər verir ki, dekabrın 28-nə keçən gecə baş verən hadisə barədə Cənub Nəqliyyat Prokurorluğu məlumat yayıb.
“Şimali Qafqaz dəmir yolunun Kiziterinka-Protoçnaya məntəqələri arasında yük qatarının lokomotivinin təkər cütləri relsdən çıxıb. Hadisənin səbəbləri və şəraiti araşdırılır”, – qurumdan bildirilib.
Prokurorluğun məlumatına görə, hadisə nəticəsində xəsarət alan olmayıb. Hadisə yerində bərpa işləri aparılır, nəzarət qurumu və hüquq-mühafizə orqanları araşdırmaya başlayıb.
Bildirilib ki, hadisə səbəbindən 20 uzaqməsafəli və 5 şəhərətrafı qatarın hərəkəti ləngiyib.
Paraqraf.com
![]()
Visited 6 times, 1 visit(s) today
