Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/“Peşəkar müəllim inkişafı üçün strategiyalar” mövzusunda onlayn vebinar keçirilib
CƏMİYYƏT

“Peşəkar müəllim inkişafı üçün strategiyalar” mövzusunda onlayn vebinar keçirilib

26 Dekabr 2025 1 Min Read
PAYLAŞIN:

Dərya Group tərəfindən təşkil olunan “Peşəkar müəllim inkişafı üçün strategiyalar” mövzusunda onlayn vebinar 26 dekabr 2025-ci il tarixində Zoom platforması üzərindən baş tutub. Vebinar təhsil sahəsində çalışan müəllimlər, təhsil mütəxəssisləri və bu sahəyə maraq göstərən iştirakçılar üçün nəzərdə tutulub.

Tədbirin əsas məqsədi müəllimlərin peşəkar inkişafı, müasir təhsil çağırışları və bu istiqamətdə tətbiq edilə bilən strateji yanaşmalar barədə fikir mübadiləsi aparmaq olub. Vebinarda peşəkar müəllim modelinin formalaşdırılması, davamlı inkişafın əhəmiyyəti, rəqəmsallaşmanın təhsilə təsiri və müəllimlərin cəmiyyətdə rolu kimi mövzular müzakirə edilib.

Vebinarın əsas məruzəçisi Milli Məclisin deputatı Ceyhun Məmmədov olub. O, çıxışında müəllim peşəsinin cəmiyyət üçün strateji əhəmiyyətini vurğulayaraq, müəllimlərin bilik və bacarıqlarının artırılmasının ölkənin gələcək inkişafında mühüm rol oynadığını qeyd edib. Deputat həmçinin müəllimlərin motivasiyası, peşəkar inkişaf imkanlarının genişləndirilməsi və təhsil sistemində keyfiyyətin artırılması ilə bağlı fikirlərini bölüşüb.

Tədbir moderator tərəfindən idarə olunub və interaktiv formatda keçirilib. Vebinarın sonunda iştirakçıların sualları cavablandırılıb, mövzu ətrafında açıq müzakirələr aparılıb.

Qeyd edək ki, vebinarda iştirak ödənişsiz olub və tədbir sonunda iştirakçılara rəsmi sertifikat təqdim olunacağı bildirilib.

Aytac Məhərrəmova

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Azərbaycanda daha 28 nəqliyyat vasitəsi hərraca çıxarılacaq

Next

Gəncədə İcra Hakimiyyəti yeni il tədbiri təşkil etməyəcək

Copyright 2026— Praqraf.com. All rights reserved