Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Suriya təhlükəsizlik qüvvələri İŞİD terrorçularının Dəməşq üzrə liderini saxlayıb
DÜNYA

Suriya təhlükəsizlik qüvvələri İŞİD terrorçularının Dəməşq üzrə liderini saxlayıb

25 Dekabr 2025 1 Min Read
PAYLAŞIN:

Suriya daxili təhlükəsizlik qüvvələrinin əməkdaşları xüsusi əməliyyat keçirərək İŞİD terror təşkilatının Dəməşq üzrə başçısını yaxalayıblar.

Paraqraf.com-un məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin vilayət idarəsinin rəisi general Əhməd əd-Dallatinin “X” sosial şəbəkəsində yaydığı bəyanatda bildirilir.

“Xüsusi bölmələrimiz hərbi kəşfiyyat və beynəlxalq koalisiya qüvvələri ilə əməkdaşlıq çərçivəsində paytaxtın Muadamiyə qəsəbəsində İŞİD-in dayağını məhv etmək üçün əməliyyat keçiriblər. Nəticədə Dəməşqdəki terrorçu qrupun başçısı Taha əz-Zuabi və bir sıra tərəfdarları həbs olunub. Onlardan partlayıcı kəmərlər və silahlar götürülüb”, – bəyanatda qeyd olunur.

Əd-Dallatinin sözlərinə görə, reyd yerli sakinlərin terrorçu qrupun mövcudluğu barədə verdiyi məlumat əsasında həyata keçirilib. Onlar cinayətkarların tutulmasında hüquq-mühafizə orqanlarına yardım göstəriblər.

“Bu, İŞİD təşkilatına ciddi zərbədir və Dəməşqdə, eləcə də onun ətrafında sabitliyə qarşı istənilən təhdidə cavab verməyə hazır olduğumuzu göstərir”, – general vurğulayıb.

Xatırladaq ki, 13 dekabrda Palmira bölgəsində birgə patrul zamanı suriyalı və amerikalı hərbçilər atəşə tutulmuşdu. Nəticədə iki ABŞ hərbçisi və mülki şəxslərdən olan bir amerikalı tərcüməçi həlak olmuşdu.

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Pakistan təhlükəsizlik qüvvələri Bəlucistanda 8 terrorçunu zərərsizləşdirib

Next

Peskov: Ukrayna ilə sülh müqaviləsinin ilkin variantı təhlil olunur

Copyright 2026— Praqraf.com. All rights reserved