Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Dekabr
  • 25
  • Auditor: Həyata keçirilmiş auditlərin məqsədi dövlət vəsaitlərindən səmərəli istifadəni qiymətləndirməkdir – MÜSAHİBƏ

Auditor: Həyata keçirilmiş auditlərin məqsədi dövlət vəsaitlərindən səmərəli istifadəni qiymətləndirməkdir – MÜSAHİBƏ

admin 25 Dekabr 2025 4 minutes read
1766671394251935890_1200x630
PAYLAŞIN:

– Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsi tərəfindən 2025-ci ilin geridə qalan dövründə hansı növdə və neçə nəzarət tədbiri həyata keçirilib və hansı istiqamətləri əhatə edib?

– Cari dövrədək Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsi tərəfindən 4 uyğunluq auditi və 2 analitik fəaliyyət olmaqla ümumilikdə 6 nəzarət tədbiri həyata keçirilib. Bununla yanaşı, 1 uyğunluq auditi və 1 analitik fəaliyyət həyata keçirilməkdədir. Uyğunluq auditləri ümumdövlət və iqtisadi sahələri əhatə edib. Həmçinin tərəfimizdən Naxçıvan Muxtar Respublika büdcəsinin 2024-cü il üzrə icrasının və 2026-cı il üzrə büdcə layihəsinin analitik təhlili aparılıb.

– Audit obyektləri necə müəyyən edilib və aparılan auditlərin əsas məqsədi nə olub?

– Sualınızın birinci hissəsinə cavab olaraq bildirirəm ki, ilk öncə tərəfimizdən iş planı hazırlanarkən obyektlər risk qiymətləndirilməsi əsasında müəyyən edilir. Sualınızın ikinci hissəsinə əsasən qeyd edim ki, həyata keçirilmiş auditlərin məqsədi dövlət vəsaitlərindən səmərəli istifadəni qiymətləndirmək, maliyyə intizamının qorunmasını təmin etmək, idarəetmə prosesində şəffaflıq və hesabatlılığı artırmaqdan ibarət olub.

– Auditlər zamanı ən çox rast gəlinmiş nöqsanlar hansılardır və onların həcmi nə qədər olub? Aşkar olunan pozuntuların aradan qaldırılması üçün hansı tədbirlər görülüb?

– Apardığımız auditlər zamanı satınalma qanunvericiliyin tələblərinin, əməkhaqqı və bununla bağlı ödəniş qaydalarının, həmçinin aktivlər ilə bağlı çatışmazlıqlara rast gəlinib. Nöqsanların ümumi məbləği barədə məlumatları illik fəaliyyətimiz barədə hesabata daxil edəcəyik. Təsdiq edilmiş kollegiya qərarlarına uyğun olaraq aidiyyəti qurumlara müvafiq göstərişlər verilib və bir sıra hallarda vəsaitlərin büdcəyə qaytarılması təmin edilib. Həmçinin aidiyyəti qurumlar tərəfindən məsul şəxslər barədə intizam tədbirlərinin görüldüyü halları da olub.

– Apardığınız kənar dövlət maliyyə nəzarəti tədbirlərinin nəticələrinin təsiri necə olub və bu nəticələr gələcək planlarınızda hansı istiqamətləri müəyyən edib?

– Aparılan auditlərin nəticələri maliyyə intizamının gücləndirilməsi, vəsaitlərin daha səmərəli idarə olunması və büdcə xərclərinin optimallaşdırılması baxımından mühüm təsir göstərib. Aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması büdcə yükünün azaldılmasına və idarəetmə proseslərində şəffaflığın yüksəldilməsinə zəmin yaratdığını deyə bilərik. Bu nöqteyi-nəzərdən gələcək planlarımız üzrə əsas hədəfimiz dövlət vəsaitlərinə nəzarəti gücləndirərək risklərin erkən müəyyən edilməsidir.

 

Paraqraf.com

Loading

Visited 25 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: “Gülüşlə Gizlənmiş Hiylə: “Yaltaqların Dünyası”
Next: Azərbaycan iqtisadiyyatının dayanıqlığı və gələcək perspektivləri

OXŞAR MÖVZULAR

622831610_2099591370828876_1463721973845710828_n (1)

Sapı özümüzdə olan yaralar

admin 28 Yanvar 2026
2026_01_12_6964a498de789

Əhməd İsmayılov: Uğurlarımızın əsasında dövlətin informasiya siyasətinə strateji yanaşması dayanır

admin 12 Yanvar 2026
1739280352_musfiq

Müşfiq Ötgün: “Əxlaq cəmiyyətin etiketi yox, insanın daxili seçimidir”

admin 09 Yanvar 2026

XƏBƏR LENTİ

Qazaxıstan XİN ölkə vətəndaşlarını 14 ölkəyə səfərlərdən müvəqqəti çəkinməyə çağırıb w36KBu6aCslsTr3TNb21QiaNiABuLnEdqYX0X6od_1200

Qazaxıstan XİN ölkə vətəndaşlarını 14 ölkəyə səfərlərdən müvəqqəti çəkinməyə çağırıb

06 Mart 2026
Fridrix Merts: Almaniya İranda Suriya ssenarisinin təkrarlanmasını istəmir bAAlXaaOtOrUGpIblzOJoeoZTvy5vm1JSrUuKm1k_1200 (1)

Fridrix Merts: Almaniya İranda Suriya ssenarisinin təkrarlanmasını istəmir

06 Mart 2026
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XVI tur başa çatıb 0eddcb6a-00ec-372d-b257-ac56d00a619e_1200

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XVI tur başa çatıb

06 Mart 2026
Pakistan vətəndaşlarının İrandan təxliyəsindəki köməyə görə Azərbaycana təşəkkür edib qasim-mohiuddin-azerbaycan-ve-pakistan-arasindaki-ticaret-seviyyesi-potensialdan-ashagidir

Pakistan vətəndaşlarının İrandan təxliyəsindəki köməyə görə Azərbaycana təşəkkür edib

06 Mart 2026
İlham Əliyev ilə Aleksandar Vuçiç arasında telefon danışığı olub FC0BNkzpA8ux63aVJcTraWqGN3miXtJLwqKwaY0B_1200 (1)

İlham Əliyev ilə Aleksandar Vuçiç arasında telefon danışığı olub

06 Mart 2026
Tramp Kubanın tezliklə çökəcəyini bəyan edib 7XG5IZLS556XghjZMgenKo6m2xqrEDvZ3WJ5IYpv_1200

Tramp Kubanın tezliklə çökəcəyini bəyan edib

06 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.