Saatlıda ər-arvad dəm qazından boğularaq ölüb.
Paraqraf.com xəbər verir ki, hadisə Qara Nuru kəndində qeydə alınıb.
Belə ki, kənd sakinləri – 1933-cü il təvəllüdlü İbrahim Hüseyn oğlu İsmayılov və arvadı, 1936-cı il təvəllüdlü Pəri Edil qızı İsmayılova yaşadıqları evdə dəm qazından zəhərlənərək həyatlarını itiriblər.
Faktla bağlı Saatlı Rayon Prokurorluğunda araşdırma aparılır.
Paraqraf.com
![]()
Visited 11 times, 1 visit(s) today
