Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Dekabr
  • 23
  • Tanrının hördüyü qoşa hörük: Kür və Araz

Tanrının hördüyü qoşa hörük: Kür və Araz

admin 23 Dekabr 2025 2 minutes read
IMG-20251223-WA0002
PAYLAŞIN:

Mələklər əl çəkibdir yurdumun torpağına,

Bağçasına, bağına, dərəsinə, dağına.
Sinəsinə bəzəyi Tanrı özü veribdir,
Saçlarını oxşayıb, qoşa hörük hörüb­dür.

Birinə Kür deyibdir, Xəzərdir onun yatağı,
Nuruyla şəfəqlənir Azərbaycan torpağı.
Bizə salam gətirir türk ərənlərindən,
Borçalının qəhrəman, sinə gərənlərindən.

Qoşa hörüklərimdən biri isə Arazdır,
Tale onun adına ayrılıq hökmü yazdır.
Dərdlər qalaq-qalaqdır onun can otağında,
Ruhu pərvaz eyləyir Xəzərin qucağında.

Bəzən onun adına Ağrı çayı deyirlər,
Ayrılığın çəpəri, həsrət payı deyirlər.
Çox yarıbdır köksünü qanlı-qadalı illər,
Məftillərdən boylanır həsrət qoxulu güllər.

Kürü bağrına basır çağlayanda, coşanda,
Sarmaşıq tək sarılır, öpür Suqovuşanda.
Tanrıdan nemətdirlər, hopub torpağa, cana,
Nə gözəl yaraşırlar yurdum Azərbaycana!
Hörüktək yaraşırlar bizim Azərbaycana!

Nəsibə İsrafilqızı
Paraqraf.com

Loading

Visited 40 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Natiq Məmmədli: “Media Savadlılığı” Həftəsi çərçivəsində 5 mindən çox gənc maarifləndirmə tədbirlərində iştirak edib VİDEO
Next: Türkiyə BMT-də Sudana humanitar yardım çağırışı edib

OXŞAR MÖVZULAR

IMG-20260305-WA0021

“İdeal münasibət” illüziyası: Sosial şəbəkələr ailələri doğrudanmı dağıdır? – Psixoloqdan açıqlama

admin 05 Mart 2026
036A5991-2048x1365

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

admin 05 Mart 2026
IMG-20260305-WA0011

Tural irfan: “Ramazan ticarət ayı deyil, səxavət ayıdır”

admin 05 Mart 2026

XƏBƏR LENTİ

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

07 Mart 2026
Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib 2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

07 Mart 2026
Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.