Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MƏDƏNİYYƏT/Leyla Əliyevanın rəsm əsərləri əsasında musiqili rəqəmsal şou təqdim olunub
MƏDƏNİYYƏT

Leyla Əliyevanın rəsm əsərləri əsasında musiqili rəqəmsal şou təqdim olunub

22 Dekabr 2025 1 Min Read
PAYLAŞIN:

Bakıda “Torpağın Səsi” (Sound of Land) platformasının hazırladığı audiovizual performans təqdim olunub.

Paraqraf.com xəbər verir ki, “Zaman dairəsindən çıx, sevgi dairəsinə daxil ol” adlı rəqəmsal şou izləyiciləri musiqi, animasiya və vizual sənətin vəhdətində mənəvi bir səyahətə aparıb.

Performansın vizual əsası Heydər Əliyev Fondunun vitse-prezidenti, rəssam və şair Leyla Əliyevanın rəsmlərinə əsaslanıb. Əsərlərdə sevgi, təbiətlə vəhdət və daxili işıq birlikdə simvolizə edilib.

Ruminin fəlsəfəsindən ilhamlanan bu kompozisiyanın vizual konsepsiyası Azərbaycanın Əməkdar rəssamı, “Atəş Hub”un təsisçisi Səbinə Şıxlinskaya tərəfindən hazırlanıb.

Musiqi və səs konsepsiyasının müəllifi DJ Orxan Ağayev (DJ Pancho), səs dizaynı üzrə Teymur Qasımov, animasiya və hərəkətli qrafika üzrə isə Nigassandra və Renan Asədov çıxış ediblər.

“Torpağın Səsi” platforması türk dünyasının etnik musiqi motivlərini elektron janrlarla sintez edərək yeni yaradıcılıq imkanları yaradır.

Layihə 2023-cü ildə “Yaradıcı Azərbaycan” təşəbbüsünün dəstəyi ilə yaradılıb və qısa müddətdə beynəlxalq səviyyədə tanınıb. 2025-ci ildə isə platforma “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftəsi – 2025” çərçivəsindəki təqdimatı ilə daha geniş auditoriyaya çıxış edib.

Mədəniyyət Nazirliyi və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) birgə təşkilatçılığı ilə 5–11 dekabr tarixlərində keçirilən “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftəsi – 2025” çərçivəsində reallaşan bu audiovizual performans rəqəmsal incəsənətin və musiqinin vəhdətini nümayiş etdirərək, gənc yaradıcılar üçün yeni ifadə imkanları təqdim edib və “Bakı Yaradıcı Həftəsi – 2025”in yadda qalan anlarından birinə çevrilib.

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Baş nazir: Azərbaycanın bəzi universitetlərinin diplomları Türkiyədə tanınmır

Next

Azərbaycan ilk dəfə Budapeşt Beynəlxalq Sirk Festivalının münsiflər heyətində təmsil olunacaq

Copyright 2026— Praqraf.com. All rights reserved