Qərbi Azərbaycan İcması çərçivəsində Cənbərək rayonunun Çaykənd kəndinin Qadınlar Şurasının təşkilatçılığı ilə tədbir keçirilib. Tədbirin açılışını Çaykənd Qadınlar Şurasının sədri Qarayeva Rəbiyyə edib. O, çıxışında Çaykənd kəndinin tarixi, keçmişi və ictimai-mədəni həyatı barədə ətraflı məlumat verib.
Daha sonra Bakı Dövlət Universitetinin Kimya fakültəsinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Səba Məmmədova çıxış edərək uşaqlıq xatirələrini bölüşüb. Onun çıxışı “Diqqət, diqqət! Danışır Bala Əfəndiyev adına Çaykənd kənd məktəbi” sözləri ilə başlayıb və kəndin təhsil həyatı, müəllimləri və məktəb illəri haqqında xatirələrlə davam edib.
Tədbirdə iştirak edən digər xanımlar da çıxış edərək Çaykəndə həsr olunmuş şeirlər səsləndiriblər. Ardınca kəndin tarixini və yadda qalan anlarını əks etdirən slayd təqdimatı nümayiş olunub. Tədbir milli rəqslərlə davam edib və sonda xatirə şəkli çəkdirilməsi ilə yekunlaşıb.
https://www.facebook.com/share/v/17eeL6eah8/


Həsən Məmmədov
Paraqraf.com
![]()
