Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/İQTİSADİYYAT/“Bakı Metropoliteni”nin yığılmış zərəri 3 milyard manatı keçib
İQTİSADİYYAT

“Bakı Metropoliteni”nin yığılmış zərəri 3 milyard manatı keçib

22 Dekabr 2025 2 Min Read
PAYLAŞIN:

“Bakı Metropoliteni” QSC 2024-cü ili 139,616 milyon manat zərərlə başa vurub.

Paraqraf.com səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 81,6 % çoxdur.

Bununla da, metronun yığılmış zərəri 4,7 % artaraq 3 milyard 109,54 milyon manata çatıb.

Ötən il “Bakı Metropoliteni”nin sərnişindaşımadan gəlirləri 100,647 milyon manat (əvvəlki ilə nisbətən 20,6 % çox), hökumət subsidiyalarından gəlirlərii 50 milyon manat (30,2 % çox), digər əməliyyat gəlirləri 5,008 milyon manat (4,4 % az), əsas vəsaitlərinin dəyərsizləşməsi üzrə xərcləri 148,012 milyon manat (86,6 % çox), işçi heyəti ilə bağlı xərcləri 86,284 milyon manat (15,4 % çox), elektrik enerjisi xərcləri 13,934 milyon manat (3,7 % çox), köhnəlmə və amortizasiya xərcləri 12,218 milyon manat (0,3 % çox), mal-material xərcləri 11,37 milyon manat (50,8 % çox), komissiya xərcləri 5,032 milyon manat (20,6 % çox), təmizlik xərcləri 4,09 milyon manat (8,9 % çox), su xərcləri 3,392 milyon manat (11 % az), yavaş dövr edən mal-material üzrə ehtiyat xərcləri 3,085 milyon manat (əvvəlki il olmayıb), yanacaq xərcləri 902 min manat (29,4 % çox), sığorta xərcləri 362 min manat (38,4 % az), digər xərcləri 5,492 milyon manat (89,5 % çox), maliyyə xərcləri 722 min manat (8,7 % az), xarici valyuta mübadiləsindən xalis zərəri 376 min manat (6,3 dəfə çox) təşkil edib.

Bu il yanvarın 1-nə “Bakı Metropoliteni”nin aktivləri 418,818 milyon manat olub ki, bu da illik müqayisədə 1 % çoxdur. Hesabat dövründə metronun öhdəlikləri 34 % artaraq 33,287 milyon manata çatıb, balans kapitalı isə 1,1 % azalaraq 385,531 milyon manata düşüb.

Xatırladaq ki, “Bakı Metropoliteni” indiki təşkilati-hüquqi formada Prezident İlham Əliyevin 27 fevral 2014-cü il tarixli sərəncamına əsasən, Bakı Metropoliteninin və “Azərtunelmetrotikinti” SC-nin birləşdirilməsi ilə yaradılıb. Onun nizamnamə kapitalı 2 milyard 580,638 milyon manatdır.

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Naxçıvan sahibkarları 11 ayda 13 milyon manata yaxın güzəştli kredit alıb

Next

“Azərbaycan Dəmir Yolları” maliyyə vəziyyətini açıqlayıb

Copyright 2026— Praqraf.com. All rights reserved