Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MƏDƏNİYYƏT/Azərbaycan ilk dəfə Budapeşt Beynəlxalq Sirk Festivalının münsiflər heyətində təmsil olunacaq
MƏDƏNİYYƏT

Azərbaycan ilk dəfə Budapeşt Beynəlxalq Sirk Festivalının münsiflər heyətində təmsil olunacaq

22 Dekabr 2025 1 Min Read
PAYLAŞIN:

Azərbaycan ilk dəfə olaraq Budapeşt Beynəlxalq Sirk Festivalının beynəlxalq münsiflər heyətində təmsil olunacaq.

Paraqraf.com xəbər verir ki, Mədəniyyət Nazirliyindən verilən məlumata görə, mədəniyyət nazirinin müşaviri Oleq Əmirbəyov 2026-cı ildə keçiriləcək XVI Budapeşt Beynəlxalq Sirk Festivalının beynəlxalq münsiflər heyətinin üzvü kimi seçilib.

Qeyd edək ki, festivalın münsiflər heyəti dünya miqyasında tanınmış incəsənət, mədəniyyət və sirk xadimlərindən formalaşıb və bu heyətdə fəxri münsif qismində əfsanəvi aktyor Çarli Çaplinin oğlu Yucin Çaplin də təmsil olunur.

Avropanın ən nüfuzlu sirk sənəti platformalarından biri hesab olunan bu festivalda Azərbaycanın münsiflər heyətində təmsil olunması ölkəmizin mədəniyyət sahəsində beynəlxalq əməkdaşlığının genişlənməsinin və peşəkar ekspertizasının tanınmasının növbəti göstəricisidir. Bu iştirak mədəni əlaqələrin möhkəmləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsi və beynəlxalq mədəni dialoqun inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Leyla Əliyevanın rəsm əsərləri əsasında musiqili rəqəmsal şou təqdim olunub

Next

Bakıda yeniyetmə bacı-qardaş dəm qazından boğularaq ölüb

Copyright 2026— Praqraf.com. All rights reserved