Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/İQTİSADİYYAT/Azərbaycan BƏƏ-dən benzin idxalını 25 dəfə artırıb
İQTİSADİYYAT

Azərbaycan BƏƏ-dən benzin idxalını 25 dəfə artırıb

19 Dekabr 2025 1 Min Read
PAYLAŞIN:

Bu ilin oktyabr ayında Azərbaycan Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) “Premium Euro-95” markalı benzinin idxalını bərpa edib.

Bu barədə Paraqraf.com Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Statistik məlumatlara görə, 2025-ci ilin yanvar-oktyabr aylarında BƏƏ-dən 17 milyon 165,39 min ABŞ dolları dəyərində 19 min 684,31 ton benzin idxal edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə benzin idxalı miqdar baxımından 25,1 dəfə, dəyər baxımından isə 24,6 dəfə artıb. Bütün idxal oktyabr ayında baş verib.

Ümumilikdə Azərbaycan 10 ay ərzində 121 min 177,34 ton “Premium Euro-95” markalı benzin (2024-cü ilin 10 ayı ilə müqayisədə 1,9 dəfə çox) idxal edib. İdxal edilmiş benzinin dəyəri 103 milyon 524,62 min ABŞ dolları (1,7 dəfə çox) təşkil edib.

İdxalın strukturunda 63 milyon 51,54 min ABŞ dollarlıq (+ 4,4 dəfə) tədarükün 60,8 %-i və ya 73 min 651,88 tonu (+ 4,7 % dəfə) Rusiyanın payına düşüb.

Rusiyadan başqa, Azərbaycana “Premium Euro-95” markalı benzinin TOP3 tədarükçüsü arasında BƏƏ və Rumıniya (11 milyon 26,99 min ABŞ dolları dəyərində 12 min 889,33 ton) olub.

Qalan həcm Belarusdan – 9 milyon 883,38 min ABŞ dolları dəyərində 12 min 52,5 ton, Bolqarıstandan – 1 milyon 173,08 ABŞ dolları dəyərində 1 min 400,24 ton və Gürcüstandan – 1 milyon 224,25 min ABŞ dolları dəyərində 1 min 499,08 ton idxal edilib.

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Azərbaycan klubuna texniki məğlubiyyət verilib

Next

Naxçıvanın ixracı 32 %-ə yaxın artıb

Copyright 2026— Praqraf.com. All rights reserved