Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/“Ağıllı radarlar” Bakının tıxac taleyini dəyişir: şəhərdə yeni nəqliyyat dövrü başlayır
MANŞET

“Ağıllı radarlar” Bakının tıxac taleyini dəyişir: şəhərdə yeni nəqliyyat dövrü başlayır

19 Dekabr 2025 1 Min Read
PAYLAŞIN:

Bakıda ilk dəfə nəqliyyat axınının fasiləsiz hərəkətinə şərait yaradan “ağıllı svetoforlar” (adaptiv) quraşdırılıb.

Bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı “Paraqraf.com”-a bildirib ki, “ağıllı radarlar” adaptiv sistem kimi çalışır:

“Bu, nəqliyyatın intellektual idarəetmə sisteminin əsas şərtlərindən biridir. Uzun müddətdir ki, Azərbaycanda Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yaradılıb və onun effektiv fəaliyyəti gözlənilir. Lakin əvvəlki qurumlar bundan səmərəli şəkildə istifadə edə bilmədi. Amma bu gün Daxili İşlər Nazirliyi bu istiqamətdə müəyyən addımlar atır. Bu intellektual idarəetmə sistemi sıxlığın və tıxacın qarşısını almaq üçün əlverişli imkanlar yaradacaq. Çünki bu, çox vacib bir elementdir. Sistem hansı istiqamətdə daha çox nəqliyyat varsa, həmin istiqaməti yaşıl işığa çevirir ki, avtomobil axını tənzimlənsin”.

Ekspert qeyd edib ki, “ağıllı radarlar” hələlik test rejimində qurulan bir sistemdir:

“Amma yaxın zamanlarda onun yaxşı nəticələrini müşahidə edəcəyik. Hazırkı mərhələdə ondan səmərəli istifadə etməklə geniş şəkildə faydalanmaq mümkündür. Bu sistem Bakı şəhərinə çox lazımdır. İnsanlar düşünürlər ki, Bakının tıxac problemini heç vaxt həll etmək mümkün olmayacaq. Amma bu cür ‘ağıllı sistemlər’lə bunu həll etmək mümkündür”.

Kəmalə Vəliyeva
Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Novxanı–Pirşağı–Xırdalan–M4 yolunda piyada keçidinin tikintisi uzanır

Next

Əfqanıstandakı zəlzələ Tacikistanda hiss olunub

Copyright 2026— Praqraf.com. All rights reserved