İsrail Çilidə keçirilən prezident seçkilərinin qalibi Xose Antonio Kastı təbrik edib. Lakin yeni prezidentlə bağlı yayılan bəzi faktlar ictimaiyyətdə müzakirələrə səbəb olub.
Paraqraf.com xəbər verir ki, bu barədə Associated Press məlumat yayıb.
İfrat sağçı siyasətçi Xose Antonio Kast prezident seçkilərinin ikinci turunda ksenofob və anti-immiqrant ritorikası ilə qələbə qazanıb. O, Çilidə on minlərlə insanın ölümü ilə nəticələnən Avqusto Pinoçet diktaturasını açıq şəkildə müdafiə etməsi ilə tanınır. Kastın qardaşlarından biri isə diktatura dövründə nazir vəzifəsində çalışıb.
Xəbər agentliyinin apardığı araşdırmaya əsasən, Xose Antonio Kastın atası Maykl Kast Adolf Hitlerin Nasist Partiyasının üzvü olub. Kast ailəsi sonradan Almaniyadan Çiliyə mühacirət edib.
Qeyd olunan faktlar Kastın prezident seçilməsi fonunda beynəlxalq ictimaiyyətdə və mediada geniş rezonans doğurub.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
