2023-2024-cü illərdə Azərbaycanda cinayətkarlıq üzrə əsas göstəricilərdə azalma qeydə alınıb.
Paraqraf.com xəbər verir ki, son illərdə cinayətkarların sayında artım müşahidə olunmasına baxmayaraq, 2024-cü ildə cinayətlərin ümumi sayı azalıb. Belə ki, 2023-cü ildə 36 811 cinayət hadisəsi qeydə alınmışdı, 2024-cü ildə isə bu rəqəm 33 379-a düşüb.
Ağır cinayətlər üzrə də azalma nəzərə çarpır. 2023-cü ildə ağır cinayət törədənlərin sayı 25 006 nəfər idisə, 2024-cü ildə bu göstərici 22 485-ə enib.
Statistikaya əsasən, kişilər daha çox cinayət törədirlər. 2023-cü ildə 23 707 kişi, 2024-cü ildə isə 21 250 kişi cinayət törədib. Qadınların törətdiyi cinayətlər isə 2023-cü ildə 1 299, 2024-cü ildə 1 234 nəfər təşkil edib.
Bundan əlavə, məhkum olunanların sayı da azalmaqdadır. 2023-cü ildə 16 197 nəfər cinayət törədərək məhkum olunmuşdusa, 2024-cü ildə bu rəqəm 15 885 nəfərə düşüb.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
