Bakı Bulvarında Yeni il ab-havası hiss olunmağa başlayıb. Bulvarda Yeni il şam ağacı quraşdırılıb və müxtəlif işıqlar, bəzək əşyaları ilə bəzədilib.
Paraqraf.com xəbər verir ki, şam ağacı yerli və xarici sakinlərin marağına səbəb olub, ziyarətçilər onun ətrafında xatirə şəkilləri çəkdiriblər.
Qeyd edək ki, Azərbaycanda Yeni il 31 dekabrda qeyd olunur və həmin gün Bakı Bulvarı ən çox ziyarət edilən məkanlardan biri olur.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
Visited 50 times, 1 visit(s) today
