Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/İQTİSADİYYAT/Azərbaycan 2025-ci ilin əvvəlindən Türkiyəyə qaz tədarükünü 3,5 % artırıb
İQTİSADİYYAT

Azərbaycan 2025-ci ilin əvvəlindən Türkiyəyə qaz tədarükünü 3,5 % artırıb

18 Dekabr 2025 1 Min Read
PAYLAŞIN:

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Türkiyəyə 9 milyard 798,4 milyon kubmetr təbii qaz ixrac edib.

Paraqraf.com xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) hesabatında qeyd olunub.

Məlumata görə, bu, 2024-cü ilin müvafiq dövrünün göstəricisindən 3,5 % çoxdur.

Qeyd olunan həcmin 9 milyard 410,9 milyon kubmetri uzunmüddətli, 387,5 milyon kubmetri isə spot müqavilələri əsasında tədarük edilib.

Oktyabrda Azərbaycandan Türkiyəyə 996,8 milyon kubmetr təbii qaz (- 1,17 %) ixrac edilib.

Bu həcmin 977,6 milyon kubmetri uzunmüddətli müqavilələr, 19,2 milyon kubmetri isə spot mexanizmi əsasında tədarük edilib.

Oktyabrda Türkiyə 4 milyard 104,8 milyon kubmetr qaz (+3,86 %) idxal edib. Bunun 3 milyard 445,4 milyon kubmetri (83,94 %) boru kəməri qazının, 659,4 milyon kubmetri (16,06 %, +1,8 dəfə) mayeləşdirilimiş təbii qazın payına düşüb.

Oktyabrda Azərbaycan Türkiyəyə təbii qaz ixrac edən ikinci ölkə olub. Həmin ay Türkiyənin ümumilikdə idxal etdiyi təbii qazın 24,3 %-i Azərbaycanın payına düşüb. Türkiyəyə qaz ixracına görə birinci yeri Rusiya (39,7 %), üçüncü yeri İran (20 %), dördüncü yeri Əlcəzair (8,9 %), beşinci yeri isə Seneqal (2,4 %) tutub.

Oktyabrda Türkiyəyə 7 ölkə – Azərbaycan, Rusiya, İran (boru kəməri qazı), Əlcəzair, ABŞ, Misir və Seneqal (mayeləşdirilmiş qaz) təbii qaz ixrac edib.

EPDK-nın məlumatına görə, Azərbaycan 2024-cü ildə Türkiyəyə 11 milyard 478,4 milyon kubmetr qaz (2023-cü ilin göstəricisi ilə müqayisədə +11,9 %) ixrac edib.

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Azərbaycan neftinin qiyməti 63 dolları keçib

Next

Eldar Salahov: “Bu il Bakı limanından yükaşırmanın həcmi 40 % ola bilər”

Copyright 2026— Praqraf.com. All rights reserved