Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SİYASƏT/AQEM Katibliyinin 2026-cı il üçün büdcəsinə dair qərar qəbul olunub
SİYASƏT

AQEM Katibliyinin 2026-cı il üçün büdcəsinə dair qərar qəbul olunub

18 Dekabr 2025 1 Min Read
PAYLAŞIN:

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Katibliyinin 2026-cı il üçün büdcəsinə dair qərar qəbul olunub.

Xarici İşlər Nazirliyindən Paraqraf.com-a verilən məlumata görə, bu, AQEM Xüsusi İşçi Qrupu və Yüksək Vəzifəli Şəxslər Komitəsinin onlayn iclasında baş tutub.

İclaslarda AQEM-ə üzv dövlətlər Müşavirə və onun məşvərətçi orqanları çərçivəsində əməkdaşlıq və qarşılıqlı fəaliyyətin əsas istiqamətlərini, etimad quruculuğu tədbirlərinə dair plan və müvafiq konsepsiyaları, eləcə də 2026-cı il üçün nəzərdə tutulan əlaqədar tədbirləri müzakirə ediblər.

Üzv dövlətlər həmçinin AQEM-in institusional inkişafı, o cümlədən 6-cı AQEM Sammitinin qərarına uyğun olaraq Müşavirənin beynəlxalq təşkilata çevrilməsi istiqamətində davam edən transformasiya prosesi barədə fikir mübadiləsi apararaq bu istiqamətdə Sədrliyin fəaliyyətinə dəstəklərini ifadə ediblər.

Yüksək Vəzifəli Şəxslər Komitəsinin iclası zamanı Baş katib Azərbaycan sədrliyi dövründə 2025-ci il ərzində AQEM-in fəaliyyəti barədə illik hesabatı üzv dövlətlərə təqdim edib.

Komitədə AQEM-in Etimad Quruculuğu Tədbirlərinin İcra Planına və 2026-cı il üçün AQEM Katibliyinin büdcəsinə dair qərarlar, eləcə də digər prosedur qərarlar nəzərdən keçirilərək qəbul olunub.

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

NİDERLAND ƏDƏBİYYATINDAN 2 KİTAB

Next

Azərbaycanla BƏƏ arasında konsulluq məsləhətləşmələri keçirilib

Copyright 2026— Praqraf.com. All rights reserved