Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/Uşaq hüquqları mövzusunda mediada həssas yanaşma müzakirə olunub
CƏMİYYƏTMANŞET

Uşaq hüquqları mövzusunda mediada həssas yanaşma müzakirə olunub

17 Dekabr 2025 2 Min Read
PAYLAŞIN:

17 dekabr 2025-ci il tarixində Bakı şəhərində, Hilton Hotelin Ametist zalında “Uşaq hüquqları: mediada həssas yanaşma” mövzusunda tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə baş tutub.

Tədbirin məqsədi media nümayəndələrinin uşaq hüquqları sahəsində məlumatlılığının artırılması, uşaqlarla bağlı mövzuların işıqlandırılmasında etik və uşağayönümlü yanaşmanın təşviqi, eləcə də zərərli informasiyadan qorunma mexanizmlərinin müzakirəsi olub.

Tədbir iştirakçıların qeydiyyatı ilə başlayıb, açılış nitqi ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Analitik təhlil və informasiya təminatı şöbəsinin müdiri Elgün Səfərov çıxış edib. O, uşaq hüquqlarının qorunmasında medianın rolunu vurğulayıb və bu sahədə məsuliyyətli yanaşmanın vacibliyini qeyd edib.

Daha sonra “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin icraçı direktoru Kəmalə Aşumova “Uşaq hüquqları: mediada uşağayönümlü yanaşma və zərərli informasiyadan qorunma” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda uşaqların informasiya mühitində üzləşdiyi risklər və media subyektlərinin bu sahədə üzərinə düşən vəzifələr diqqətə çatdırılıb.

Tədbirin növbəti hissəsində Azərbaycan Televiziyasının Teleradio Akademiyasının rektoru, Media və İnformasiya Savadlılığı Mərkəzinin rəhbəri Almaz Mahmud “Uşaq hüquqları: ənənəvi və rəqəmsal medianın müsbət və mənfi tərəfləri” mövzusunda çıxış edərək, rəqəmsal platformaların yaratdığı imkanlar və çağırışlar barədə ətraflı məlumat verib.

Tədbir çərçivəsində media və vətəndaş cəmiyyəti nümayəndələri arasında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb və praktiki tövsiyələr səsləndirilib.

Sonda iştirakçılar üçün nahar təşkil olunub.

Возможно, это изображение стол и текст

Возможно, это изображение один или несколько человек, стол и текст

Возможно, это изображение учеба и текст

Нет описания фото.

Возможно, это изображение учеба и стол

Həsən

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Bhutanın milli bayramı: 17 dekabr və Ugyen Vanqçukun taxta çıxması

Next

Qaradağ rayonunda şagirdlərlə maarifləndirici görüş keçirilib

Copyright 2026— Praqraf.com. All rights reserved