Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/Narsist insanlar niyə sizi dəyərsiz hiss etdirir? – Mütəxəssis danışdı
CƏMİYYƏTMANŞET

Narsist insanlar niyə sizi dəyərsiz hiss etdirir? – Mütəxəssis danışdı

17 Dekabr 2025 2 Min Read
PAYLAŞIN:

Narsist xüsusiyyətlərə malik insanlar özlərini hər zaman mərkəzdə görür, başqalarının hiss və ehtiyaclarına isə əksər hallarda laqeyd yanaşırlar. Belə insanlarla qurulan münasibətlər zamanla qarşı tərəf üçün emosional baxımdan yıpradıcı və psixoloji cəhətdən zərərli ola bilər. Mütəxəssislər bildirir ki, narsist davranışlar empatiya, hörmət və qarşılıqlı anlayışın zəifləməsinə səbəb olur.

Psixoloq Zeynəb Əyyubova Paraqraf.com-a açıqlamasında bildirib ki, narsist xüsusiyyətlərə malik insanlarla münasibət çox zaman qarşı tərəf üçün emosional baxımdan yıpradıcı olur:

Zeynəb Əyyubova ilə Psixoloqun qonağı podcastı | MirCəfər Əyyubov - YouTube

“Belə insanlar özlərini mərkəzə qoyur, daim diqqət və təsdiq gözləyir, qarşısındakı insanın hisslərini isə ya görmür, ya da önəmsiz sayırlar. Onlarla ünsiyyətdə olan şəxslər tədricən özlərini dəyərsiz, günahkar və yetərsiz hiss etməyə başlaya bilərlər. Buna görə də bu tip insanlardan qorunmaq psixoloji sağlamlığın qorunması baxımından olduqca vacibdir.

İlk növbədə, narsist insanın davranışlarının sizin dəyərinizi müəyyən etmədiyini anlamaq lazımdır. Onların tənqidləri, laqeydliyi və ya soyuqluğu çox zaman sizinlə deyil, onların öz daxili problemləri ilə bağlıdır. Bu davranışları şəxsi qəbul etmək insanın özünə inamını sarsıdır. Ona görə də emosional baxımdan məsafə saxlamaq, hər sözə və hər davranışa reaksiya verməmək əsas qoruyucu mexanizmlərdən biridir.

Belə münasibətlərdə sağlam sərhədlərin qurulması xüsusilə önəmlidir. Narsist insanlar qarşı tərəfin sərhədlərini pozmağa, onu istədikləri kimi yönləndirməyə meylli olurlar. Buna görə də “xeyr” deməyi bacarmaq, öz ehtiyac və istəklərini açıq şəkildə ifadə etmək və hörmətsiz davranışa göz yummaqdan imtina etmək lazımdır. Sərhədlər nə qədər aydın olarsa, manipulyasiya ehtimalı bir o qədər azalır”.

Psixoloq əlavə edib ki, əgər bir münasibət davamlı olaraq stress, gərginlik, qorxu və ya özünü itirmə hissi yaradırsa, bu artıq sağlam münasibət deyil:

“Belə hallarda məsafə saxlamaq, ünsiyyəti minimuma endirmək, hətta mümkün olduqda münasibəti tamamilə dayandırmaq insanın psixoloji rifahı üçün daha faydalı ola bilər. İnsan bilməlidir ki, hər münasibəti qorumaq kimi məcburiyyəti yoxdur”.

O qeyd edib ki, narsist davranışların arxasında çox vaxt dərin özünə inamsızlıq, sevgi çatışmazlığı və daxili boşluq dayanır:

“Lakin bu, onların başqalarına zərər verməsini haqlı etmir. Əsas diqqət zərər görən tərəfin özünü qorumasına, psixoloji gücünü bərpa etməsinə yönəlməlidir. Özünü tanımaq, sağlam münasibət nümunələrini öyrənmək və ehtiyac olduqda psixoloji dəstək almaq bu prosesdə mühüm rol oynayır. Sağlam münasibət empatiya, hörmət, anlayış və qarşılıqlı dəstək üzərində qurulur. Bu əsas dəyərlər yoxdursa, insanın özünü qoruması zəiflik deyil, əksinə, psixoloji yetkinliyin göstəricisidir”.

Kəmalə Vəliyeva
Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Trampdan Venesuelaya müharibə hədəsi: ABŞ yeni cəbhə açır?

Next

“Sabah” basketbol komandası FIBA Çempionlar Liqasında mübarizəni dayandırıb

Copyright 2026— Praqraf.com. All rights reserved