Skip to content
24 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Dekabr
  • 17
  • İmtahan nəticələrinə təsir göstərmə faktları ilə bağlı cinayət işinin təfərrüatları açıqlanıb

İmtahan nəticələrinə təsir göstərmə faktları ilə bağlı cinayət işinin təfərrüatları açıqlanıb

admin 17 Dekabr 2025 7 minutes read
download_20251217_172541
PAYLAŞIN:

Bu il keçirilən buraxılış və yaz qəbul imtahanlarında imtahan nəticələrinin emalı ilə bağlı xüsusi yoxlama alqoritmlərinə əsasən bəzi abituriyentlərin cavabları şübhə yaratdığı üçün Dövlət İmtahan Mərkəzi (DİM) xüsusi araşdırma aparıb.

Paraqraf.com-un məlumatına görə, DİM-in yaydığı məlumatda bildirilir ki, imtahan nəticələri elan olunanda həmin imtahan iştirakçılarının cavabları açıqlanmayıb və onların səhifələrində “Sizin imtahan nəticələriniz araşdırılır” bildirişi göstərilib.

Bundan sonra növbəti imtahanlarda imtahan binasının girişində buraxılış rejimini həyata keçirən şəxslərə müəyyən məsələlərə ayrıca fikir verilməsi üçün göstəriş verilib. Nəticədə Gəncə şəhərində keçirilən növbəti qəbul imtahanında bəzi abituriyentlərin üzərində gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş və istifadəsi müvafiq orqanlar tərəfindən xüsusi icazə əsasında yol verilə bilən texniki vasitələr aşkarlanıb.

İyunun 17-də xüsusi yoxlama alqoritmlərinə əsasən nəticələri şübhə doğuran abituriyentlərin, həmçinin üzərlərində texniki vasitələr aşkarlanan abituriyentlərin siyahısı araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim olunub.

Bu işin təşkilatçıları və onların qurduqları şəbəkə ibtidai istintaqın gedişində ifşa olunub. Hələ noyabrın 6-da buraxılış və qəbul imtahanlarında qanunsuz texniki vasitələr hazırlayan və istifadə məqsədilə satan təqsirləndirilən bir qrup şəxs barəsində cinayət işinin məhkəməyə göndərilməsi haqqında Baş Prokurorluğunun mətbuat xidməti müvafiq məlumatı mediaya təqdim edib və oxşar xarakterli cinayət əməllərinin törədilməsində iştirak etmiş digər şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində tədbirlərin davam etdirilməsi qeyd edilmişdi.

Qayda pozuntuları yalnız ayrı-ayrı şəxslərin deyil, bütövlükdə imtahan sisteminin etibarlılığına və minlərlə abituriyentin ədalətli rəqabət hüququna zərər vurur. Bu baxımdan Dövlət İmtahan Mərkəzi həmin cinayət işində zərərçəkmiş tərəf kimi çıxış edir.

Həmin cinayət işi üzrə təqsirləndirilən şəxslər Babayev İslam Elşan oğlu, Məmmədov Ayxan İlham oğlu və Məmmədov Murad Mahir oğlunun törətdikləri cinayət əməlləri iş üzrə aparılmış istintaq zamanı toplanmış dəlillər, o cümlədən özlərinin etirafedici ifadələri ilə yanaşı şahid ifadələri, ekspert rəyi və digər istintaq sənədləri ilə tam sübuta yetirilib. Cinayət işinin materiallarından müəyyən olunur ki, bu iş üzrə kömək edilməsi nəzərdə tutulan abituriyent sayı 11 nəfərdir.

Həmin abituriyentlər də şahid qismində ifadə verib və öz əməllərini ifadələrində etiraf ediblər.

Xatırladaq ki, cinayət işi araşdırılarkən texniki cihazları yerləşdirmək üçün xüsusi ayaqqabıları hazırlayan pinəçi də istintaqa dəvət olunub və şahid qismində ifadə verib.

İstintaqın gedişi zamanı oktyabrın 29-da DİM zərərçəkmiş şəxs kimi tanınıb və istintaq məlumatları təqdim edilib.

İttiham aktı ilə tanış olan zaman hazırda təqsirləndirilən şəxslər Abbasov Gündüz Yaşar oğlu və Əsədov Kamran Alim oğlunun da əməlləri üzə çıxıb.

Artıq məlum olduğu kimi, ittiham aktına əsasən Gündüz Abbasov və Kamran Əsədov qadağan olunmuş texniki cihazlar vasitəsilə Dövlət İmtahan Mərkəzinin keçirəcəyi imtahanlardan asanlıqla keçmələrinə kömək göstərilməsi üçün onlara müraciət etmiş müxtəlif şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaiti alıb aralarında bölüblər. Onlar müxtəlif yerlərdə abituriyentlərlə görüşərək texniki cihazlardan istifadə olunma qaydasını izah ediblər.

Qeyd edək ki, bu cihazların yerləşdirilməsi üçün altı qalın idman tipli ayaqqabılardan istifadə olunub. Onların alt hissəsi xüsusi alətlə kəsilərək genişləndirilib. Beləliklə kənardan baxılanda ayaqqabının altlığında kənar əşyaların olmasını girişdə müəyyən etmək mümkün olmayıb. Həmin abituriyentlər daha sonra sanitar qovşağa gediblər (qaydalara əsasən imtahan başlayana qədər iştirakçıların təbii ehtiyaclarını ödəməsinə imkan yaradılır). Orada onlar qulaqlığı xüsusi çubuq vasitəsilə qulaqlarına, kameranı köynəyin düymə hissəsinə, ötürücü cihazı xüsusi yapışqan vasitəsilə çiyinlərinə, internet paylacı cihazı isə ayaqqabının daban hissəsinə yerləşdiriblər. Daha sonra sinif otağına qayıdıblar və imtahan başlayandan sonra üzərlərində olan kameranı kitabçaya tutmaqla görüntünü qarşı tərəfə ötürüblər. Qarşı tərəf isə öz telefonunda olan xüsusi proqram vasitəsilə görüntüləri canlı şəkildə əldə edib. Cavablar isə üzərində “vip smart” sözləri yazılmış nazik plastik karta oxşayan və üzərində hər hansı düymə və s. olmayan telefona zəng etməklə bildirilib. Belə ki, kartın üzərində olan nömrəyə zəng gəldikdə avtomatik telefon açılır və zəng edən şəxsin səsi eşidilir.

Toplanmış sübutlara əsasən, təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan edilməklə Gündüz Abbasov barəsində məhkəmənin qərarı ilə həbs, Kamran Əsədov barəsində isə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirləri seçilib.

Dekabrın 12-də Gəncə Şəhər Məhkəməsində təqsirləndirilən şəxslərlə bağlı məhkəmənin hazırlıq iclası keçirilib və onların anket məlumatları dəqiqləşdirilib, hüquqi öhdəlikləri izah edilib, həmçinin ittiham aktı ilə tanış olub-olmadıqlarını soruşub.

Kamran Əsədov hakimə jurnalistlərin onun haqqında yaya biləcək informasiyanı əsas gətirərək prosesin qapalı keçirilməsi ilə bağlı vəsatət versə də, hakim bunun üçün heç bir əsasın olmadığını qeyd edib və jurnalistlərin prosesdə iştirakı təmin edilib. Məhkəmənin baxış iclası isə dekabrın 19-u saat 15:00-a təyin olunub.

Paraqraf.com 

Loading

Visited 19 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: İrandan Azərbaycana 24 kq-dan çox narkotik keçirilməsinin qarşısı alınıb
Next: Mütəşəkkil dəstə üzvlərindən 47 kq narkotik vasitə aşkarlanıb

OXŞAR MÖVZULAR

kxucwe2HQecOL5lfcWkwaamBq9fQWFtI4lP0VCZA_1200

Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub

admin 23 Aprel 2026
IMG_20260423_142423

Ağcabədidə Kür çayı bəndi yarıb

admin 23 Aprel 2026
e4mraQIKp9fpKTspaVkcftDNzlKw1uVOqBAb3w9w_1200

Şəkidə məhkum ölüb

admin 23 Aprel 2026

XƏBƏR LENTİ

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib eb559d92-784a-4a36-8c10-29f33f974a42

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib

23 Aprel 2026
Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir” ffec7384-3a3e-439c-b271-c278aa270a3e

Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir”

23 Aprel 2026
Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir” df5392e7-b5ac-498c-935e-9eef89db6bea

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir”

23 Aprel 2026
Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb 02de5cd8-6ed8-4cec-b8b4-39fc322a71df

Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb

23 Aprel 2026
TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər bleZJUTrdVDCIT1832V88VVMBDJFdKomzDnJJw46_1200

TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər

23 Aprel 2026
Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub kxucwe2HQecOL5lfcWkwaamBq9fQWFtI4lP0VCZA_1200

Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub

23 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.