Sumqayıt şəhərinin bəzi hissələrində qaz təchizatında fasilə verilib.
“Azəriqaz” İB Sumqayıt QİS-dən Paraqraf.com-a verilən xəbərə görə, Sumqayıt şəhəri, Xəzər bağları ərazisində, Sürücülük məktəbinin yaxınlığında yerləşən diametri 76 mm olan qaz xəttində aşkar edilmiş sızmaların aradan qaldırılması məqsədilə bu gün təmir-bərpa işləri aparılacaq.
Bu səbəbdən qeyd olunan ərazidəki 500 abonentin qaz təchizatı saat 11:00-dan etibarən müvəqqəti dayandırılıb.
Qazın verilişi təmir işləri başa çatdıqdan sonra bərpa ediləcək.
Paraqraf.com
![]()
Visited 11 times, 1 visit(s) today
