“Sabah” basketbol komandası FIBA Çempionlar Liqasının qrup mərhələsində bu gün sonuncu matçını keçirəcək.
Paraqraf.com-un məlumatına görə, Rimas Kurtinaytisin baş məşqçisi olduğu kollektiv Almaniyanın paytaxtı Berlində “Alba” klubu ilə üz-üzə gələcək.
Qarşılaşma saat 23:00-da start götürəcək.
Qeyd edək ki, “Sabah” B qrupunda 6 xalla sonuncu – dördüncü pillədə qərarlaşıb. “Alba” və Fransanın “Elan Şalon” kollektivləri hərəyə 9 xalla müvafiq olaraq birinci və ikinci pillədə yer alıblar. “Sabah”la eyni xala malik Çexiyanın “Nimburk” komandası üçüncüdür.
Paraqraf.com
![]()
Visited 7 times, 1 visit(s) today
