ABŞ Prezidentinin oğlu Donald Tramp model Bettina Andersonla nişanlandığını elan edib.
Paraqraf.com xəbər verir ki, bununla bağlı ABŞ-li jurnalist Lora Lumer özünün “X” hesabında paylaşım edib və müvafiq videogörüntüləri dərc edib.
“O, “hə” dedi”, – deyə kiçik Tramp Ağ Evdə təşkil olunan mərasimdə bildirib.
Qeyd edək ki, oğul Donald Tramp və Palm-Biçdən olan Bettina Andersonun münasibətləri təxminən bir ildir davam edir. Onlar oğul Donald Tramp “Fox News”un keçmiş aparıcısı Kimberli Qilfoyldan ayrıldıqdan sonra görüşməyə başlayıblar.
Paraqraf.com
![]()
Visited 7 times, 1 visit(s) today
