Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SİYASƏT/Azərbaycan Mərkəzi Asiyada sərhəd mübahisələrinin dinc yolla həllini dəstəklədiyini bəyan edib
SİYASƏT

Azərbaycan Mərkəzi Asiyada sərhəd mübahisələrinin dinc yolla həllini dəstəklədiyini bəyan edib

16 Dekabr 2025 1 Min Read
PAYLAŞIN:

Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi, səfir Tofiq Musayev BMT-nin Sülhyaratma Komissiyasının Mərkəzi Asiyada sərhəd mübahisələrinin dinc yolla həllinə həsr olunmuş səfirlər səviyyəsində iclasında çıxış edib.

Paraqraf.com xəbər verir ki, çıxışında səfir Tofiq Musayev iclasın Qırğızıstan, Tacikistan və Özbəkistanın müraciəti əsasında çağırılmasına görə komissiyanın sədrinə təşəkkürünü bildirib. O vurğulayıb ki, Azərbaycanın müzakirə olunan məsələyə marağı açıq-aydındır və bu maraq beynəlxalq münasibətlərdə ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinə ardıcıl və qəti dəstək, eləcə də Mərkəzi Asiya ölkələri ilə mədəni bağlar və tarixi dostluq münasibətləri ilə bağlıdır.

Səfir xatırladıb ki, 2025-ci il 16 noyabr tarixində keçirilən Özbəkistanın paytaxtı Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə Azərbaycan bu formatda tamhüquqlu iştirakçı kimi qəbul edilib. Prezident İlham Əliyevin həmin iclasdakı çıxışına toxunan Tofiq Musayev, dövlət başçısının Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında münasibətlərin unikallığını vurğuladığını və bu qərarın ölkələr və regionlar arasında əməkdaşlığın güclənməsinə xidmət edəcəyinə əminliyini ifadə etdiyini qeyd edib.

Azərbaycanın Qırğızıstan, Tacikistan və Özbəkistan arasında imzalanmış ikitərəfli və üçtərəfli sərhəd sazişlərini alqışladığını bildirən səfir, bu ölkələrin beynəlxalq hüquqa, sülhə və qarşılıqlı anlaşmaya sadiqliyini, eləcə də siyasi, iqtisadi, mədəni və humanitar əməkdaşlığın daha da möhkəmləndirilməsinə yönəlmiş səylərini yüksək qiymətləndirib.

Səfir BMT Baş katibinin bu nailiyyətləri tarixi kimi xarakterizə etdiyini xatırladaraq, danışıqlar prosesinin uğurla başa çatmasına gətirib çıxaran liderlik, qətiyyət və siyasi iradəni xüsusi vurğulayıb.

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Zakir Qaralova ağır itki

Next

Azərbaycan XİN Qazaxıstanı Milli Günü münasibətilə təbrik edib

Copyright 2026— Praqraf.com. All rights reserved