Bu ilin yanvar-noyabr aylarında Azərbaycan xarici ölkələrlə 44 milyard 589 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.
Paraqraf.com Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 3,4 % çoxdur.
Xarici ticarət dövriyyəsinin 23 milyard 401 milyon ABŞ dolları ixracın, 21 milyard 188 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 3,85 % azalıb, idxal isə 12,9 % artıb.
Son nəticədə xarici ticarətdə 2 milyard 213 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 2,5 dəfə azdır.
Paraqraf.com
![]()
Visited 13 times, 1 visit(s) today
