“İstintaq Sidneydə terrorçuların Bondi çimərliyində insanlara hücumu əvvəldən planlaşdırdıqlarını müəyyən edib”.
Paraqraf.com xəbər verir ki, Avstraliya Baş naziri Entoni Albaneze bu barədə ABC radiosuna açıqlamasında deyib.
O bildirib ki, hücum terror ideologiyası ilə bağlı olsa da, atıcılar müstəqil hərəkət ediblər.
“Onlar hər şeyi, o cümlədən, insanlara zərər vermək üçün ən əlverişli mövqe olan yeri – körpünü də dəqiq düşünüblər”, – deyə E.Albaneze bildirib.
Hökumət başçısı deyib ki, cinayətkarların addımları, ehtimal ki, İŞİD terror qruplaşmasının ideologiyasından irəli gəlir.
“On ildən çoxdur mövcud olan bu ideologiya nifrətə və kütləvi qətllərə səbəb olub”, – deyə o vurğulayıb.
E.Albaneze qeyd edib ki, Sidney hücumunun araşdırılmasında təhlükəsizlik və kəşfiyyat xidmətləri də daxil olmaqla, polis və dövlət qurumlarının mütəxəssisləri iştirak edir.
Xatırladaq ki, dekabrın 14-də naməlum şəxslər Sidneydəki Bondi çimərliyində Hanuka yəhudi bayramlını qeyd edən sakinlərə hücum ediblər. Hadisə nəticəsində 15 nəfər həlak olub, 40 nəfər yaralanıb.
Paraqraf.com
![]()
