Avropa İttifaqına (Aİ) üzv dövlətlərin xarici işlər nazirlərinin bu gün keçiriləcək iclasında Ermənistan da müzakirə ediləcək.
Paraqraf.com “News.am”a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas bildirib.
“Növbəti il Ermənistanda seçkilər keçiriləcək. Bu gün biz Ermənistana bu məsələdə necə kömək edə biləcəyimizi müzakirə edəcəyik. Ermənistan xaricdən müdaxilənin qarşısını almaq üçün bizdən kömək istəyib”, – Aİ rəsmisi deyib.
Xatırladaq ki, 2026-cı ildə Ermənistanda parlament seçkiləri keçiriləcək. K.Kallas daha əvvəl həmin seçkilər ərəfəsində Rusiyanın dezinformasiya kampaniyasını gücləndirməyə başladığını iddia etmişdi.
Paraqraf.com
![]()
