“Pax Americana”nın (“Amerika sülhü”) onilliklər dövrü həm Almaniya, həm də bütün Avropa üçün başa çatıb”.
Paraqraf.com “Tagesspiegel”ə istinadən xəbər verir ki, bunu Almaniya Kansleri Fridrix Merts Xristian Sosial Birliyi Partiyasının qurultayında çıxış edərkən deyib.
Onun sözlərinə görə, Qərb ölkələri NATO alyansını mümkün qədər daha uzun müddətə saxlamalıdırlar.
Merts əlavə edib ki, Avropa bir çox ölkəni transatlantik münasibətlərdəki fundamental dəyişikliklərə hazırlamalıdırlar.
Qeyd edək ki, “Pax Americana” İkinci Dünya Müharibəsindən sonra yaranmış nisbi sülh, iqtisadi sabitlik və ABŞ-nin dünyada dominantlığı dövrünü ifadə edən termindir.
Paraqraf.com
![]()
Visited 9 times, 1 visit(s) today
