Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/ABŞ-də məşhur şirkət iki qadına 40 milyon dollar təzminat ödəyəcək
DÜNYA

ABŞ-də məşhur şirkət iki qadına 40 milyon dollar təzminat ödəyəcək

14 Dekabr 2025 1 Min Read
PAYLAŞIN:

ABŞ-nin Los-Anceles məhkəməsi məşhur “Johnson & Johnson” şirkətinin iki qadına 40 milyon dollar təzminat ödəyəcəyi barədə qərar çıxarıb.

Paraqraf.com xəbər verir ki, bu barədə “The Guardian” nəşri yazıb.

Məlumata görə, sözügedən şirkətin istehsal etdiyi uşaq pudrasından istifadə edən iki qadın yumurtalıq xərçənginə tutulmaları iddiası ilə məhkəməyə müraciət ediblər.

Məhkəmə müəyyən edib ki, “Johnson & Johnson” şirkəti pudranın təhlükəli olduğunu bilib, lakin istehlakçıları xəbərdar etməyib.

Sənədlərə əsasən, qadınlardan birinə 2014-cü ildə, digərinə isə 2018-ci ildə yumurtalıq xərçəngi diaqnozu qoyulub. Hər iki qadın təxminən 40 ildir “Johnson & Johnson Baby Powder”dən istifadə etdiklərini bildiriblər.

Məşhur şirkət hökmdən dərhal apellyasiya şikayəti verməyi planlaşdırdığını bəyan edib.

Qeyd olunub ki, “Johnson & Johnson” şirkəti uşaq pudrası və digər talktərkibli məhsullardan istifadə etdikdən sonra xərçəng diaqnozu qoyulduğunu iddia edən 67 mindən çox şikayətlə üzləşib.

Şirkət 2020-ci ildən ABŞ-də talktərkibli uşaq pudrasının satışını dayandırıb və qarğıdalı nişastalı məhsul buraxmağa başlayıb.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Məhəmməd Salah İngiltərə Premyer Liqasının tarixində məhsuldar ötürmələrə görə üçüncü pilləyə yüksəldi

Next

Minlərlə il əvvəl yoxa çıxan göl Ölüm vadisinə qayıtdı

Copyright 2026— Praqraf.com. All rights reserved