Şirvan şəhərində noyabrın 27-də hamamda yıxılan qadın dekabrın 12-də xəstəxanada ölüb.
Paraqraf.com “Report”a istinadən xəbər verir ki, hadisə şəhərin L.İbrahimov küçəsindəki evdə baş verib.
Belə ki, 1958-ci il təvəllüdlü Xuraman Nəsir qızı Səfərova hamam otağında yıxılandan sonra xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb və qadın ötən gün xəstəxanada ölüb.
Faktla bağlı araşdırmalar aparılır.
Paraqraf.com
![]()
Visited 8 times, 1 visit(s) today
