Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/Nərgiz Məhəmmədi yenidən saxlanıldı
CƏMİYYƏT

Nərgiz Məhəmmədi yenidən saxlanıldı

13 Dekabr 2025 1 Min Read
PAYLAŞIN:

Güney azərbaycanlı hüquq müdafiəçisi, Sülh üzrə Nobel mükafatı laureatı Nərgiz Məhəmmədi saxlanılıb.

Paraqraf.com xəbər verir ki, bu barədə Nərgiz Məhəmmədinin fondu “X” sosial şəbəkəsində məlumat yayıb.

Onun İranda hüquq müdafiəçisi, vəkil Xosrov Əlikordinin anım mərasimində saxlanıldığı bildirilir.

Nərgiz Məhəmmədidən başqa Məşhəd şəhərində daha bir neçə fəal da saxlanılıb. Onların saxlanılma səbəbi açıqlanmır. İran hakimiyyəti isə xəbərləri şərh etməyib.

Qeyd edək ki, Nərgiz Məhəmmədi 1972-ci ildə Güney Azərbaycanın Zəncan şəhərində anadan olub. O, insan hüquqlarının müdafiəsi ilə bağlı apardığı fəaliyyətlərinə görə ümumilikdə 36 il müddətinə azadlıqdan məhrum edilib, bunun 10 ilini həbsxanada çəkib. 2024-cü ilin dekabrında ona səhhətinə görə 21 günlük məzuniyyət verilib, sonra bu müddət daha altı ay uzadılıb.

O, “qadınlara qarşı zorakılıqla mübarizəsinə”, eləcə də “hər kəs üçün insan hüquqları və azadlığının təşviqi uğrunda apardığı mübarizəyə” görə 2023-cü ildə Sülh üzrə Nobel mükafatına layiq görülüb.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Bakıya gələrkən ayaqqablarından da, telefonundan da qızıl çıxdı

Next

Vətən müharibəsindən sağ qayıdan hərbçimiz Ukraynada öldü…

Copyright 2026— Praqraf.com. All rights reserved