Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SİYASƏT/İmamoğlunun məhkəməsi 12 ildən çox çəkə bilər
SİYASƏT

İmamoğlunun məhkəməsi 12 ildən çox çəkə bilər

13 Dekabr 2025 1 Min Read
PAYLAŞIN:

Xəbər verdiyimiz kimi, İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı aparılan korrupsiya istintaqı çərçivəsində vəzifəsindən uzaqlaşdırılan sabiq mer Ekrem İmamoğlunun məhkəmə prosesi 2026-cı il martın 9-da başlanacaq.

Paraqraf.com “Cumhuriyet” nəşrinə istinadən xəbər verir ki, məhkəmə prosesin başa çatdırılması üçün hədəf müddəti müəyyən edib.

Nəşr qeyd edir ki, bu iş üzrə proses 4600 gün, yaxud təxminən 12 il 6 ay çəkə bilər.

Bildirilir ki, iş üzrə 105 nəfər təqsirləndirilən şəxs, 400-dən çox şahid var. Məhkəmə İmamoğlunun saxlanıldığı İstanbulun Silivri rayonundakı həbsxana ərazisində keçiriləcək.

Qeyd edək ki, sabiq merin işi ilə bağlı 3900 səhifəlik iddianamə hazırlanıb. Prokurorluq tərəfindən “İmamoğlunun gəlir məqsədli cinayət təşkilatı” adlı araşdırmanın yekunu olaraq hazırlanan sənəddə sabiq İstanbul Böyükşəhər Bələdiyyə başçısı Ekrem İmamoğlu “təşkilatın qurucusu və rəhbəri” kimi göstərilib. O, “cinayət təşkilatı yaratmaq”, “rüşvət almaq”, “tenderlərə müdaxilə etmək”, “dövlət qurumlarını aldatmaq”, “cinayət yolu ilə əldə edilmiş gəlirləri yumaq” və “şəxsi məlumatların qanunsuz yayılması” kimi çoxsaylı maddələr üzrə ittiham olunur.

Bu ittihamlar əsasında prokurorluq İmamoğlu üçün 2430 ilə qədər həbs cəzası istəyib. İmamoğlu isə hakimiyyətdən məhkəmə iclasının dövlət televiziyasında canlı yayımının təşkil edilməsini tələb edib.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Vətən müharibəsindən sağ qayıdan hərbçimiz Ukraynada öldü…

Next

“Təkər bazarı”nda artıq söküntü işləri gedir

Copyright 2026— Praqraf.com. All rights reserved