Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/Hərbi attaşelərlə cari ilin yekununa dair toplantı keçirilib
CƏMİYYƏTMANŞET

Hərbi attaşelərlə cari ilin yekununa dair toplantı keçirilib

13 Dekabr 2025 1 Min Read
PAYLAŞIN:

Azərbaycan Respublikasında akkreditə olunan xarici dövlətlərin Hərbi Attaşelik Aparatlarının əməkdaşları ilə cari ilin yekununa dair toplantı keçirilib.

Paraqraf.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sözügedən toplantıda 28 ölkədən 41 nümayəndə iştirak edib.

Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi polkovnik Elçin Abdullayev çıxışı zamanı 44 günlük Vətən müharibəsində qazanılan Qələbədən danışaraq bildirib ki, Azərbaycan Respublikası bu zəfər ilə tək suverenliyini və ərazi bütövlüyünü bərpa etmədi, həm də beynəlxalq sülhə öz töhfəsini verdi və tarixi ədaləti bərpa etdi. Əlavə olaraq, Azərbaycanın Vətən müharibəsindəki Qələbəsinin təkcə Azərbaycan və Ermənistan xalqları üçün deyil, həm də beynəlxalq ictimaiyyət üçün sülhə xidmət etdiyi bir daha vurğulanıb.

Toplantıda 2025-ci il ərzində ölkəmizdə hərbi əməkdaşlıq çərçivəsində görülən işlərdən danışılıb, o cümlədən xarici dövlətlərin hərbi attaşelərinin iştirakı ilə cari il noyabrın 8-də Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad, ölkəmizin müxtəlif bölgələrində, eyni zamanda işğaldan azad edilmiş rayonlarda bərpa, yenidənqurma və inkişaf istiqamətində görülən işlərlə tanışlıq məqsədilə təşkil edilmiş səfərlər barədə bir daha geniş məlumat verilib. Növbəti ildə icra olunacaq fəaliyyətlər, həmçinin perspektiv planlar haqqında ətraflı fikir mübadiləsi aparılıb və hərbi attaşeləri maraqlandıran suallar cavablandırılıb.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Şirvanda hamamda yıxılan şəxs xəstəxanada ölüb

Next

Dörd gün əvvəl səhvən sirkə turşusu içən kişi xəstəxanada öldü

Copyright 2026— Praqraf.com. All rights reserved