Abşeronda “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub.
Paraqraf.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Mehdiabad kəndində baş verib.
30 yaşlı Ülvi Məcidlini elektrik dirəyində təmir işi görərkən cərəyan vurub. O, hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Xatırladaq ki, ötən ay da Gəncədə “Azərişıq” ASC-nin 58 yaşlı əməkdaşı C.Vəliyevi iş vaxtı elektrik cərəyanı vuraraq öldürmüşdü.
Paraqraf.com
![]()
Visited 14 times, 1 visit(s) today
