Belarusun paytaxtı Minsk şəhərinin əsas rəmzlərindən biri olan Milli Kitabxananın binası Azərbaycan Dövlət Bayrağının rəngləri ilə işıqlandırılıb.
Paraqraf.com AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycanın Belarusdakı səfirliyi və Ticarət Evinin birgə təşəbbüsü ilə keçirilən aksiya 12 Dekabr – ümummilli lider Heydər Əliyevin vəfatının 22-ci ildönümünə həsr olunub.
Dekabrın 12-də axşam saatlarından etibarən Minsk Milli Kitabxanası göy, qırmızı və yaşıl rənglərlə işıqlandırılıb və “12 Dekabr – Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anım günüdür” şüarı yayımlanıb.
Paraqraf.com
![]()
Visited 7 times, 1 visit(s) today
